DTX əməkdaşları Haçadağa yürüş ediblər
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Zəfər Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən Haçadağa yürüş təşkil ediblər.
"Unikal" xəbər verir ki, yürüş iştirakçıları Haçadağın zirvəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırıblar.



