Icma.az
close
up
RU
DTX nın tutuduğu şəxslərin məhkəməsi

DTX nın tutuduğu şəxslərin məhkəməsi

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinayət işi üzrə şübhəli bilinən şəxslərin məhkəmə prosesi olub.

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclas şahid ifadələri ilə davam edib.

Şahid İbrahim İbrahimov ifadəsində təqsirləndirilən şəxslərlə bağlı heç bir ədavəti, düşmənçiliyi olmadığnı bildirib. Həmçinin əlavə edib ki, o, Hidayət Orucov və Elvin Şirinovu tanıyır. Onlarla yalnız iş münasibətləri olub:

“Özüm 2021-ci ildən xaricə eksport olunan meyvə-tərəvəz məhsullarını aparan maşınların sənədləşməsi işiylə məşğul olmuşam. Elvin Şirinovu da Rusiya Federasiyasında yaşayan qardaşım Cəfər İbrahimovun vasitəsilə tanımışam. Mən buradan topladığım məhsulu Elvin Şirinovun adına olan şirkət vasitəsi ilə sənədləşdirib, qardaşıma göndərirdim. Elvin Şirinovla firmanın rəhbəri kimi bir dəfə görüşmüşəm. Bu görüşdən sonra məni şimal bölgəsində Hidayət Orucovla tanış edib və mən firmanın işçisi kimi tanıdığım Hidayət Orucovla 2 il müddətində işləmişəm. Xaricə göndərilən meyvə maşınlarının sənədləşdirilməsində həmin firmanın adından istifadə etmişəm və qarşılığında da pul ödəmişəm. Firma fiziki şəxs olaraq elə “Elvin Şirinov” adlanırdı. Bizim bu işlə əlaqəli başqa fimalarla da əməkdaşlığımız olub. Lakin qiymətlər daha münasib olduğu üçün sonradan Elvin Şirinovla işləməyə qərar vermişik. Mənim işimin əsası kənd təsərrüfatı məhsullarını toplayıb xaricə, yəni qardaşıma göndərmək olub. İş prosesi bu qaydada davam edib deyə öz adıma şirkət açmağa ehtiyac olmayıb. Razılaşmamız hər maşına görə 100-150 manat olub. Bu pul müqabilində firmanın işi bizim məhsulları xaricə aparmaq olub. İşlədiyimiz müddətdə təxminən 250 dən çox maşın xaricə göndərilib. Rusiyada da qardaşımın adına firma olmayıb, sadəcə burdan göndərilən məhsulu qəbul edən şəxs o olub. Gömrük rüsumu məsələlərini də, özüm ödəyirdim. Məndə etibarnamə olub və rəsmi işləri özüm edirdim. Şirinova ödəniş nəğd formada aparılıb”.

Şahid İbrahim İbrahimov müdafiəçilərin suallarını cavablandırarkən qeyd edib ki, alqı-satqı zamanı lazım olan bələdiyyə sənədlərini o alırmış:
“Ölkədən çıxarılacaq məhsul üçün İqtisadiyyat Nazirliyinin yanında fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyindən sənəd alınırdı. Bu sənədlə malın mənşəyi göstərilirdi və ölkədən çıxarılacaq məhsul üçün bu sənəd vacib idi. O sənədləri almaq üçün isə bələdiyyədən torpaq sənədinə ehtiyac var idi, bələdiyyə bu sənədi verirdi. Hazırda işlədiyim firma bu sənədləri özü təqdim edir. Sərhəddən keçirilən ümumi məhsulun gömrük ödənişi real rəqəmlərə yaxın hesablanırdı. 19 ton məhsula görə bəyannamədə təxminən 50 min dollar göstərilirdi. Göndərilən məhsulun satışından əldə olunan ümumi 70 minə yaxın gəlir isə bank vasitəsiylə ölkəyə göndərilirdi”.

Digər şahid Əsgərov Murad isə ifadəsində bildirib ki, o, bu şəxsləri tanıyanda broker işləyirmiş: “Firmanın rəsmi işçisi idim. Mənim işim gömrükdən sənəd almaq və bələdiyyədən lazım olan sənədləri hazırlayıb TIR sürücüsünə təqdim edib, sərhəddən yola salmaq olub. Təqsirləndirilən şəxsləri iki il qabaq iş yoldaşı kimi tanımışam. Onlarla işləmək üçün özüm müraciət etmişəm. Xaçmaz rayonunda Elvin Şirinovla bir dəfə görüşdüm və məni Zöhrabla tanış etdi. Bildirdi ki, Zöhrab mənim işçimdir. Nə lazım olsa, onunla həll edəcəksiz. İş birliyi zamanı da möhürü və etibarnaməni mən Zöhrab Hidayətovdan götürmüşəm. Mənim fəaliyyətim sənəd alıb, maşınları Elvin Şirinovun firması adı altında yola salmaq olub. Hər yola salınan maşına görə qazancım 30 manat olub. Möhür pulu olaraq hər maşına görə 100 manat Zöhrab Hidayətova ödəmişəm”.

Digər şahid məhkəmədə iştrak etmədiyi üçün proses fevralın 13-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur.
Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar – kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.

DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulmuş kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.

Belə maxinasiyalar ilə xarici valyuta ölkədən kənd təsərrüfatı mallarının satışı adı ilə çıxarılır. Lakin sonradan qanunvericiliyin tələblərinə zidd olaraq ölkəyə geri qaytarılmır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Yanvar 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri