“Dubai Mall da geyim qadağası
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dubaydakı məşhur və dünyanın ən böyük ticarət mərkəzi "Dubai Mall" yay mövsümü ilə əlaqədar ziyarətçilər üçün geyim qaydalarını yeniləyib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ticarət mərkəzi qonaqlara BƏƏ-nin yerli adət-ənənələrinə və mədəni dəyərlərinə hörmət əlaməti olaraq ictimai məkanlarda daha qapalı və səliqəli geyimlər seçməyi tövsiyə edib.
Bildirilib ki, bu addım ailəvi mühitin qorunmasına, həm turistlər, həm də yerli sakinlər üçün rahat və xoş atmosferin yaradılmasına xidmət edir.
Qeyd olunub ki, Dubay beynəlxalq və tolerant şəhər kimi tanınsa da, alış-veriş mərkəzlərində, ənənəvi məhəllələrdə, ibadət və dövlət binalarında çimərlik geyimləri və həddindən artıq açıq paltarlar uyğun hesab edilmir. Çimərlik geyimlərindən yalnız çimərliklərdə və hotel hovuzlarının ərazisində istifadə olunması tövsiyə edilir.
Məlumatda vurğulanıb ki, yerli geyim qaydalarına riayət etmək turistlərin şəhərdə daha rahat və hörmət çərçivəsində istirahət etməsinə kömək edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 İyul 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















