Dubay aviaşousunda Hindistan qırıcısı qəzaya uğrayıb: pilot ölüb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Pekin, 21 noyabr, AZƏRTAC
Hindistan hərbi hava qüvvələrinə məxsus “Tejas” yüngül döyüş təyyarəsi Dubayda davam edən beynəlxalq aviaşouda nümunəvi uçuş zamanı qəzaya uğrayıb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, qəza nəticəsində pilot ölüb. Hindistan hərbi hava qüvvələri qəzanın səbəblərini araşdırır.
Qeyd edək ki, aviaşouda Hindistanın “Suryakiran” akrobatik komandası və “Hindustan Aeronautics Limited” şirkətinin istehsalı olan “Tejas” qırıcıları iştirak edir. Hindistan hökuməti 1983-də ildə “Tejas” təyyarələrinin istehsalına başlamağa qərar verib. İlk olaraq təyyarələrin 1994-cü ildə istismara verilməsi planlaşdırılsa da, bu, yalnız 2015-ci ildə mümkün olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 21 Noyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















