Dubay bazarı nda QƏTL: Göyərtisatan ürəyindən bıçaqlandı
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə şəhərdəki "Dubay bazarı"nda olub.
Meyvə-tərəvəz satışı ilə məşğul olan 1979-cu il təvəllüdlü Vüsal Əsgərov bazarda piştaxtanın arxasında nahar edib. O, həmçinin spirtli içki də qəbul edib. Daha sonra Vüsal qonşu piştaxtada meyvə satan Rauf adlı alverçi ilə mübahisə edib. Mübahisə meyvənin qiymətinə görə olub və bu zaman bazarda göyərti satışı ilə məşğul olan 1987-ci il təvəllüdlü Araz Məmmədov mübahisəyə müdaxilə edib. Nəticədə bazarda dava düşüb.
Dava nəticəsində V.Əsgərov piştaxtada meyvə doğramaq üçün saxladığı bıçaqla Araz Məmmədovu ürəyindən bıçaqlayıb.
Yaralı təcili xəstəxanaya çatdırılıb və əməliyyat edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən V.Əsgərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və təqsirləndirilən şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Əsgərov səkkiz il müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















