Dubay Beynəlxalq Hava Limanının simvolik qülləsi yenilənib
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Dubay Beynəlxalq Hava Limanında yeni hava hərəkətinin idarə edilməsi qülləsinin dizaynı təqdim edilib.
AZƏRTAC rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, yeni dizaynla qüllədə Birləşmiş Ərəb Əmirliklərinin bayrağının rəngləri əks olunub. Təqdimat mərasimində Dubay polisi tərəfindən xüsusi nümayiş də keçirilib.
Bildirilib ki, 89 metr hündürlüyündə olan yeni qüllə hava limanının gündəlik fəaliyyətində mühüm rol oynayır. Qüllədə fəaliyyət göstərən idarəetmə mərkəzi təyyarələrin gəlişi, yola düşməsi və hərəkətinin təhlükəsizliyini təmin edir.
Qeyd olunub ki, 1960-cı ildə fəaliyyətə başlayan Dubay Beynəlxalq Hava Limanı hazırda dünyanın ən işlək beynəlxalq hava limanlarından biri hesab edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 24 İyun 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















