Dubay Moskva təyyarəsi qəza siqnalı verdikdən sonra eniş etdi
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Dubaydan Moskvaya uçan “UTair” reysi qəza siqnalı verib.
Yeniavaz.com xəbər verir ki, təyyarə yanacaq yandırmaq üçün bir saatdır ki, səmada dövrə vurub.
“Boeing 767-224” (UT 716 reysi) Əl-Maktum hava limanından yola düşüb və Moskva vaxtı ilə saat 21:15-də Vnukovoya enməli idi. Lakin, uçuşdan qısa müddət sonra heyət “7700” qəza kodunu göndərib.
Aviaşirkət aydınlaşdırıb ki, təyyarənin heyəti texniki səbəblərə görə ştat rejimində hava limanına eniş etmək qərarına gəlib. Sərnişinlər üçün heç bir təhlükə olmayıb.
“Uçuş təhlükəsizliyinə heç bir təhlükə yoxdur. İcazə verilən eniş çəkisinə qədər yanacaq yandırmaq təcili eniş etməyə ehtiyac olmadığı zaman istifadə edilən adi və tənzimlənən bir prosedurdur”, - bəyanatda deyilir.
“Utair” bildirib ki, uçuş hava limanına qayıdan təyyarənin sərnişinləri və heyəti təhlükəsizdir.
Bu mövzuda digər xəbərlər:Xəzər dənizi üzərində qəza siqnalı verən Dubay Moskva sərnişin təyyarəsi Həştərxana təcili eniş edib YENİLƏNİB
29 Yanvar 2025 19:38
Dubay Moskva reysində qorxulu anlar Həyəcan siqnalı verildi+Video
08 Yanvar 2026 21:24
“Air Astana” təyyarəsi qəza siqnalı verərək təcili eniş etdi
17 Dekabr 2025 09:01
Moskva Səmərqənd təyyarəsi Buxarada məcburi eniş etdi
13 Dekabr 2025 09:57
Dubay görüşü ərəfəsində sülh siqnalı
07 İyul 2025 17:18
Baxış sayı:43
Bu xəbər 08 Yanvar 2026 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















