Dubayda avtomobili tərk etmədən sürücüdən tibbi analiz götürən laboratoriya təqdim olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 11 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin bələdiyyəsi testlərin birbaşa avtomobildən aparılmasına imkan verən sürüşmə sisteminə malik səyyar tibbi laboratoriyanı təqdim edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, analizdən sonra müvafiq məlumatın ötürülməsi cəmi bir dəqiqə çəkəcək. Ən müasir laboratoriya Dubay bələdiyyəsinin innovativ həllərin tətbiqi və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə strateji təşəbbüsünün bir hissəsidir.
Avtomobil laboratoriyasının xidmətlərindən dövlət və qeyri-hökumət təşkilatları, özəl şirkətlər, ekologiya, təhlükəsizlik və sağlamlıq sahəsində mütəxəssislər, habelə aerokosmik sənayenin nümayəndələri istifadə edə bilərlər.
Laboratoriyanın dizaynı zamanı yaşlılar və əlillər üçün əlçatanlığa xüsusi diqqət yetirilib. Effektiv sistem müştərilərə hətta pik vaxtlarda belə bir dəqiqədən az müddətdə xidmət göstərməyə imkan verir. Bundan əlavə, laboratoriyada test nəticələrinin verilməsi üçün xüsusi pəncərə var.
Müştəri xidməti beş dildə təqdim edilir ki, bu da onu Dubayın multikultural əhalisi üçün əlçatan edir.
Baxış sayı:123
Bu xəbər 11 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















