Icma.az
close
up
RU
Dubayda başlayıb Bakıda bitən yarım milyonluq dələduzluq...

Dubayda başlayıb Bakıda bitən yarım milyonluq dələduzluq...

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda orta məktəblərdən birinin xanım psixoloqu Küveyt Dövləti vətəndaşına qarşı dələduzluq edib. 

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 36 yaşlı Aytəkin Səmədova (ad-soyad şərti) “Snapchat”da tanış olduğu küveytli Abdullah Almatroukanın etibarından sui-istifadə edib.

Əcnəbi vətəndaş dostu ilə birgə yeni biznes qurmaq məqsədilə Bakıya gəlib. Bu müddətdə Aytəkinlə münasibəti yaranan Abdullah onunla paytaxtın fərqli məkanlarında bir neçə dəfə görüşüb. O, ölkəsinə qayıtdıqdan sonra da qadınla əlaqəni kəsməyib. Hətta onu Dubaya dəvət edib, cütlük şəhərin bahalı məkanlarında istirahət edib. Elə cinayətin təməli də bu istirahət ərəfəsində qoyulub.

Əcnəbi söhbət əsnasında Azərbaycanda gəlir gətirəcək bir iş görmək istədiyini deyib. Aytəkin onu inandırıb ki, Bakıda gəlir qazanmağın ən yaxşı yollarından biri mənzil alıb əcnəbi qonaqlara kirayə verməkdir. Əcnəbi vətəndaşların Azərbaycanda mənzil ala bilməməsini yalandan əsas gətirib. Təklif edib ki, mənzil onun adına alınsın, Abdullah bununla razılaşıb. Aytəkin Bakıya qayıtdıqdan sonra işə başlaması üçün ona 497 min 478 manat pul göndərilib. Qadın həmin pulun 382 min manatına mənzil alıb, qalanını isə dəgər şəxsi mənafeyinə sərf edib.

Abdullah məhkəmədə deyib ki, Aytəkin mənzilə sahibləndikdən sonra onunla münasibətləri soyudub. Bu hal da onda şübhələr yaradıb. Bundan sonra ilk işi Bakıda vəkil bürolarından biri ilə əlaqə yaratmaq olub. Hüquqşünasdan əcnəbilərin Azərbaycanda mənzil alması üçün hər hansı ciddi qadağa olmadığını öyrəndikdən sonra aldadıldığını dərk edib. Onun şikayəti əsasında Aytəkin cinayət məsuliyyətinə cəlb edilib. İbtidai və məhkəmə istintaqı gedişində onun həbsinə zərurət görülməyib, proseslərə evindən gəlib-gedib.

Xanım müttəhim məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, Abdullah ilə evlənmək məqsədilə münasibət yaradıb. Sözügedən mənzil də məhz birlikdə yaşamaları üçün alınıb. Münasibətləri pozulduqdan sonra mənzili satıb. O, son olaraq mənzilin ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olduğunu deyərək məhkəmədən bəraət istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan işdə verilmiş ittihamın əsaslı olduğu sübut edilib. Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər xanım müttəhimin həqiqətən də əcnəbi vətəndaşa qarşı dələduzluq etdiyi qənaətinə gəliblər.

Hökmə əsasən, Aytəkin 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://axsam.az
archiveBu xəbər 16 Noyabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see376

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see356

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see280

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see269

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see257

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see244

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see241

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see238

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see229

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see217

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see212

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see203

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see200

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see196

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see194

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see191

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see186

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

27 Avqust 2026 19:54see173

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see172

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri