Icma.az
close
up
RU
Dubayda başlayıb Bakıda bitən yarım milyonluq dələduzluq...

Dubayda başlayıb Bakıda bitən yarım milyonluq dələduzluq...

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda orta məktəblərdən birinin xanım psixoloqu Küveyt Dövləti vətəndaşına qarşı dələduzluq edib. 

Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 36 yaşlı Aytəkin Səmədova (ad-soyad şərti) “Snapchat”da tanış olduğu küveytli Abdullah Almatroukanın etibarından sui-istifadə edib.

Əcnəbi vətəndaş dostu ilə birgə yeni biznes qurmaq məqsədilə Bakıya gəlib. Bu müddətdə Aytəkinlə münasibəti yaranan Abdullah onunla paytaxtın fərqli məkanlarında bir neçə dəfə görüşüb. O, ölkəsinə qayıtdıqdan sonra da qadınla əlaqəni kəsməyib. Hətta onu Dubaya dəvət edib, cütlük şəhərin bahalı məkanlarında istirahət edib. Elə cinayətin təməli də bu istirahət ərəfəsində qoyulub.

Əcnəbi söhbət əsnasında Azərbaycanda gəlir gətirəcək bir iş görmək istədiyini deyib. Aytəkin onu inandırıb ki, Bakıda gəlir qazanmağın ən yaxşı yollarından biri mənzil alıb əcnəbi qonaqlara kirayə verməkdir. Əcnəbi vətəndaşların Azərbaycanda mənzil ala bilməməsini yalandan əsas gətirib. Təklif edib ki, mənzil onun adına alınsın, Abdullah bununla razılaşıb. Aytəkin Bakıya qayıtdıqdan sonra işə başlaması üçün ona 497 min 478 manat pul göndərilib. Qadın həmin pulun 382 min manatına mənzil alıb, qalanını isə şəxsi mənafeyinə sərf edib.

Abdullah məhkəmədə deyib ki, Aytəkin mənzilə sahibləndikdən sonra onunla münasibətləri soyudub. Bu hal da onda şübhələr yaradıb. Bundan sonra ilk işi Bakıda vəkil bürolarından biri ilə əlaqə yaratmaq olub. Hüquqşünasdan əcnəbilərin Azərbaycanda mənzil alması üçün hər hansı ciddi qadağa olmadığını öyrəndikdən sonra aldadıldığını dərk edib. Onun şikayəti əsasında Aytəkin cinayət məsuliyyətinə cəlb edilib. İbtidai və məhkəmə istintaqı gedişində onun həbsinə zərurət görülməyib, proseslərə evindən gəlib-gedib.

Xanım müttəhim məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, Abdullah ilə evlənmək məqsədilə münasibət yaradıb. Sözügedən mənzil də məhz birlikdə yaşamaları üçün alınıb. Münasibətləri pozulduqdan sonra mənzili satıb. O, son olaraq mənzilin ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olduğunu deyərək məhkəmədən bəraət istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə verilmiş ittihamın əsaslı olduğu sübut edilib. Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər xanım müttəhimin həqiqətən də əcnəbi vətəndaşa qarşı dələduzluq etdiyi qənaətinə gəliblər.

Hökmə əsasən, Aytəkin 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Noyabr 2024 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see347

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see308

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see276

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see266

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see258

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see247

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see247

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see245

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see233

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see232

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see225

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see222

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see220

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see219

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see208

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see208

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see187

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see177

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri