Icma.az
close
up
RU
Dubayda bunu edə bilmədik, Bakıdan gözləyirik Putinin köməkçisi

Dubayda bunu edə bilmədik, Bakıdan gözləyirik Putinin köməkçisi

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29-da Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev APA-ya müsahibə verib.

Globalinfo.az həmin müsahibəni təqdim edir:

– Rusiyanın COP29-dan əsas gözləntiləri nədir?

– Bizim üçün COP29-da danışıqların mərkəzi mövzusu maliyyələşdirmə ilə bağlı yeni kəmiyyət məqsədidir. Bu məqsəd BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin və Paris Sazişinin mandatından kənara çıxmadan, iqlim böhranının miqyasına adekvat olan yardım səviyyəsini təmin etməlidir. Biz həmçinin Paris Sazişinin 6.4-cü maddəsinə əsasən bazar mexanizminin metodoloji aspektləri üzrə çoxillik danışıqlar prosesini başa çatdırmağı səbirsizliklə gözləyirik, hansı ki, Dubayda bunu etmək mümkün olmadı.

Nəhayət, biz əvvəlki kimi, iqtisadiyyatı təbii yanacaqlardan asılı olan ölkələrin qanuni maraqlarının nəzərə alınmasının təmin olunmasına nail olmağa çalışacağıq. Yaxın keçmiş göstərdi ki, enerji keçidini sürətləndirmək cəhdində qəfil və düşünülməmiş addımlar nəyə gətirib çıxardı. Bizim borcumuz bu mənfi təcrübənin beynəlxalq ictimaiyyətin kollektiv yaddaşından silinməsinə imkan verməməkdir. Əks halda eyni səhvi təkrarlamaq riskimiz var.

“Əminəm ki, şəxsən tanıdığım Muxtar Babayevin komandası ona həvalə olunmuş məsuliyyətin öhdəsindən gələcək”

– COP29-un sədri kimi Azərbaycanın səyləri barədə nə deyə bilərsiniz?

– BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı COP-29-a ev sahibliyi etmək üçün Bakının seçilməsi Azərbaycanın təkcə ekoloji və iqlim məsələlərinə milli səviyyədə ciddi yanaşan ölkə kimi yox, həm də beynəlxalq səviyyədə iqlim gündəliyi ilə bağlı fikir ayrılıqlarının effektiv həlli üçün platformaya çevrilməyə qadir olan ölkə kimi beynəlxalq aləmdə artan nüfuzunu göstərir. Bakıdakı kimi çoxtərəfli konfransların uğuru sədrlik edən tərəfdən – onun aparıcı danışıqlarçılarının təcrübəsindən, onun bütün nöqteyi-nəzərləri dinləməyə, onlardan ortaq məxrəc çıxarmağa və bu əsasda mümkün qədər çox tərəfi qane edən bir həll təklif etməyə hazır olan vicdanlı və qərəzsiz vasitəçi imicindən çox asılıdır. Əminəm ki, şəxsən tanıdığım Muxtar Babayevin komandası ona həvalə olunmuş məsuliyyətin öhdəsindən gələcək.

“Donor ölkələrin qısa müddət ərzində maliyyələşdirməni əhəmiyyətli dərəcədə artıra biləcəyinə inanmaq çətindir”

– Azərbaycan həmçinin iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə dəstək üçün xüsusi fondun yaradılmasını təklif edib və atmosferə istixana qazlarının tullantılarının azaldılması üzrə tədbirlərə maliyyənin artırılmasını təklif edib. Əvvəllər bu məqsədlər üçün ildə 100 milyard dollar ayrılması barədə razılaşma var idi, lakin bu məbləğin yetərli olmadığı qəbul edildi. Sizcə, tullantıların azaldılması tədbirləri üçün illik maliyyələşdirmənin optimal məbləği nə qədər olmalıdır?

– İstixana qazlarının tullantılarının azaldılması tədbirlərinin illik maliyyələşdirilməsinin optimal məbləği ilə bağlı sual mürəkkəbdir və birmənalı cavabı yoxdur. 2009-cu ildə ilkin olaraq razılaşdırılmış 100 milyard dollar, inkişaf etməkdə olan ölkələrin iqlim ehtiyaclarının elmi əsaslarla hesablanmasının nəticəsi deyil, daha çox siyasi jest idi.

Bu ehtiyacların real həcmi, indi məlum olduğu kimi, bu məbləği ən azı bir neçə dəfə üstələyir. Məhz ehtiyacların real həcmi maliyyələşdirmə ilə bağlı yeni çoxtərəfli razılaşmanın əsasını təşkil etməlidir. Eyni zamanda, donor ölkələrin qısa müddət ərzində maliyyələşdirməni əhəmiyyətli dərəcədə artıra biləcəyinə inanmaq çətindir, çünki biz bilirik ki, hətta yüz milyard dollarlıq hədəf də uzun müddət ərzində əlçatmaz olaraq qalmışdı. Bu səbəbdən də yeni məqsədləri razılaşdırarkən realizm elementi olmalıdır. Əks halda, əgər indi yenidən uğursuzluğa düçar olacaq bir göstərici qəbul etsək, o zaman çoxtərəfli prosesə inam həmişəkindən daha çox sarsılar.

Bu kontekstdə ənənəvi olaraq beynəlxalq iqlim maliyyə axınına böyük töhfə verəcəyi gözlənilən ABŞ-də keçirilən son prezident seçkiləri amilini də nəzərə almaq lazımdır. Mən vaxtından əvvəl proqnoz vermək istəmirəm, lakin Donald Trampın rəhbərliyi altında gələcək Amerika administrasiyasının iştirak dərəcəsi danışıqların bütün iştirakçılarının düşünməli olduğu böyük sualdır.

“Azərbaycanla iqlim dəyişməsi ilə mübarizə sahəsində birgə layihələrin ortaya çıxması zaman məsələsidir”

– İqlim dəyişməsi gələcəkdə baş verəcək bir risk deyil – bu, çağdaş dünyada milyardlarla insan üçün aktual olan real və hazırda baş verən bir təhlükədir. Artan geosiyasi gərginliklər və beynəlxalq müstəvidə müşahidə olunan qeyri-müəyyənliklər dövlətləri əsrin ən böyük transmilli problemi olan iqlim dəyişməsi ilə mübarizə çərçivəsində əməkdaşlığa sövq etməlidir. Rusiya dünya nəhəngi olaraq bu istiqamətdə konkret hansı addımları atır? Azərbaycanın da Cənubi Qafqazın lideri və MDB məkanının güclü dövlətlərindən biri olduğunu nəzərə alsaq, Moskva və Bakı arasında bu istiqamətdə hansısa birgə layihələrin keçirilməsi perspektivi varmı?

– Geosiyasi sarsıntılara baxmayaraq, Rusiya iqlim gündəmi çərçivəsində bütün ölkələrlə dialoqa həmişə açıq qalıb. Bəli, son bir neçə ildə bu mövqe dəyişməyib və bəli, fürsət yarananda biz bu məsələdə, o cümlədən bizə ən dost olmayan ölkələrlə qarşılıqlı hörmətə əsaslanan və bərabərhüquqlu dialoqa hazır olduğumuzu nümayiş etdirən konkret addımlar atırıq. Eyni zamanda, etiraf etmək lazımdır ki, bağlı qapıları sonsuz döyməyin mənası yoxdur – iki dəfə danışıqlar masasına dəvət edilməli olmayanlara diplomatik səyləri yönəltsəniz, daha faydalı olar. Bir sözlə, öz qapılarımız açıqdır, biz özümüz başqalarını döyməyə hazırıq, amma təkrar-təkrar göz ardı edilsək, sadəcə olaraq özümüzə başqa tərəfdaşlar tapacağıq. Çok şükür bu barədə çatışmazlığımız yoxdur.

Yeri gəlmişkən, bizim strateji tərəfdaşlarımızdan biri də Azərbaycandır. Bu ilin avqustunda ölkələrimiz arasında aşağı karbon qazının inkişafı sahəsində əməkdaşlıq memorandumu imzalanıb ki, bu da bu sahədə konkret ikitərəfli layihələrin əsasına çevrilməlidir. Hesab edirəm ki, belə layihələrin ortaya çıxması zaman məsələsidir.

“Konqresmenlərin müraciəti Azərbaycana qarşı daha geniş təzyiq strategiyasının tərkib hissəsi ola bilər”

– Amerikalı konqresmenlər ABŞ Dövlət Departamentinə məktub göndərərək Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. COP29-un başlamasına bir ay qalmış ABŞ-nin Azərbaycana təzyiqlərini artırdığı təəssüratı yaranır. Sizə elə gəlmirmi, Qərb iqlim məsələsini siyasi manipulyasiya üçün güclü alətə çevirir? Bu mövzu ilə bağlı nə deyə bilərsiniz?

– Bəli, həqiqətən də təəssürat yaranır ki, iqlim dəyişikliyi mövzusu getdikcə daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Bakıda COP29-un başlamasına bir ay qalmış ABŞ konqresmenlərinin Dövlət Departamentinə Azərbaycana qarşı sanksiyaların tətbiqi çağırışı ilə müraciət etməsi bunun bariz nümunəsidir.

Burada geosiyasi kontekst nəzərə alınmalıdır. Azərbaycan strateji baxımdan mühüm mövqe tutur və onunla Qərb arasında münasibətlərdə müəyyən gərginliklər var. Ona görə də iqlim məsələsindən başqa siyasi məqsədlərə nail olmaq üçün istifadə olunduğunu istisna etmək olmaz. Konqresmenlərin müraciəti Azərbaycana qarşı daha geniş təzyiq strategiyasının tərkib hissəsi ola bilər.

Eyni zamanda, Amerikanın yeni rəhbərliyinin bu məsələdə indiki ilə müqayisədə daha təmkinli olacağını düşünməyə əsas var. Yaşayıb görərik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri