Icma.az
close
up
RU
Dubayda “Triatlon T100” yarışının ikinci buraxılışı keçiriləcək

Dubayda “Triatlon T100” yarışının ikinci buraxılışı keçiriləcək

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qahirə, 16 iyul, AZƏRTAC

Bu il noyabrın 13-dən 16-dək dünya “Dubay TriatlonT100” yarışının ikinci buraxılışı keçiriləcək.

AZƏRTAC yarışın rəsmi saytına istinadən xəbər verir ki, Dubay İdman Şurası Dünya Peşəkar Triatlonçular Təşkilatı ilə əməkdaşlıq şəraitində keçiriləcək bu turnirlə bağlı məlumatları ictimaiyyətə təqdim edib.

Şuranın bu gün yaydığı açıqlamada bildirilir ki, budəfəki idman tədbiri indiyə qədər keçirilmiş yarışların içərisində ən böyüyü və ən yaxşısı olacaq. Belə ki, həm 100 kilometrlik tam məsafə, həm də qısa məsafə üçün nəzərdə tutulmuş yarışlarda həvəskarların iştirakı genişləndiriləcək, məktəblər üçün xüsusi tədbirlər və şirkətlər üçün estafet yarışları da təşkil olunacaq.

Həvəskarlar üçün yarış məsafələri 100 kilometr (2 km üzgüçülük, 80 km velosiped, 18 km qaçış) və qısa məsafələr (750 m üzgüçülük, 20 km velosiped, 5 km qaçış) olacaq.

Dubay İdman Şurasının idman tədbirləri üzrə idarəsinin müdiri İsa Şərif bildirib ki, ötən il keçirilmiş T100 yarışının ilk buraxılışında dünyanın ən yaxşı triatlonçuları, o cümlədən belçikalı Marten Van Riel və amerikalı Teylor Knibb iştirak edib, on minə yaxın həvəskar triatlonçu məharətini göstərib.

Peşəkar Triatlonçular Təşkilatının baş direktoru Sem Renouf isə ötən il Dubayda keçirilən mərhələni uğurlu adlandırıb. Qeyd edib ki, builki buraxılışda ayrı-ayrı idmançılar və şirkətlər daha geniş şəkildə təmsil olunacaq və yarış məşhur Meydan trasında bayram atmosferində gerçəkləşəcək.

Qeyd edək ki, 2025-ci il üzrə dünya "T100 Triatlon" turu aprelin 5-dən 6-dək Sinqapurda, iyunun 13-dən 15-dək Vankuverdə keçirilib. Yarış avqustun 9-dan 10-dək Londonda, noyabrda Dubayda baş tutacaq və dekabrda isə Qətərin paytaxtı Dohada başa çatacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri