Dubayın otel idarəetmə şirkətinə Azərbaycanda sanksiya tətbiq edildi
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
"Royal Crown Hotel Management" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) operativ vergi nəzarəti həyata keçirilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Pakistan vətəndaşı Sindhu Nauman Sami olan şirkətdə vergi qanunvericiliyinin pozulması halları aşkar edilib.
Nəticədə, MMC barəsində POS-terminalların quraşdırılması və onlardan istifadə ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmaması səbəbindən 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Bundan əlavə, əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması faktına əsasən də 1000 manatlıq cərimə qərarı verilib.
Qeyd olunur ki, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 83,091.15 AZN vergi borcu mövcuddur.
Xatırladaq ki, MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133-də yerləşir. "Royal Crown Hotel Management" müxtəlif mehmanxanaların idarə olunmasını həyata keçirən aparıcı otel idarəetmə şirkəti olmaqla, mərkəzi Dubayda yerləşir.
Əhməd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 İyul 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















