Dublində sığınacaq axtaranların yerləşdirildiyi hotel qarşısında polisə hücum edilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London, 22 oktyabr, AZƏRTAC
İrlandiyanın paytaxtı Dublində sığınacaq axtaranların yerləşdirildiyi hotelin qarşısında keçirilən etiraz aksiyası zamanı polis əməkdaşları hücuma məruz qalıblar.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə “Citywest Hotel” qarşısında baş verib. Etirazçılar polislərə müxtəlif əşyalar və fişənglər atıb. Nəticədə təhlükəsizlik qüvvələrinin avtomobillərindən biri yanıb. Hadisə yerinə çevik polis qüvvələri cəlb olunub və ohtelə yaxınlaşmaq istəyən etirazçıların qarşısı alınıb. İrlandiya Milli Televiziya Kanalı RTE-nin məlumatına görə, aksiyada mindən çox insan iştirak edib. Ədliyyə naziri Cim Okallahan hadisəni kəskin şəkildə pisləyib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London


