Icma.az
close
up
RU
Dudaya Tramp ilə sayğısız 10 dəqiqəlik görüşə görə tənqidlər yağdı

Dudaya Tramp ilə sayğısız 10 dəqiqəlik görüşə görə tənqidlər yağdı

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Polşa prezidenti Ancey Duda Vaşinqtonda Donald Tramp ilə görüşünə görə hakim koalisiya tərəfindən tənqid olunub – bir çox siyasətçi amerikalı liderin Polşa prezidentinə hörmətsiz yanaşdığını düşünür.

Qaynarinfo xəbər verir ki, bu barədə Euractiv yazır.

Hər iki lider Vaşinqton yaxınlığında keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (CPAC) kuluarlarında görüşüb və 10 dəqiqə davam edən söhbət zamanı ABŞ-ın Polşadakı hərbi iştirakı və Ukraynadakı müharibənin dayandırılması məsələləri müzakirə olunub. Lakin Dudanın ABŞ prezidenti ilə bu qısa görüşü hakim koalisiyada tənqidlərə səbəb olub.

"Graždan Platforması" partiyasından olan və parlamentin xarici işlər komitəsinin üzvü Marçin Bosatski görüşün təşkilində peşəkarlığın olmamasını pisləyib, Dudanın Trampı uzun müddət gözləməsini və görüşün həddindən artıq qısa keçməsini vurğulayıb.

Duda ilə Trampın görüşünün ideyasının təqdirəlayiq olduğunu qeyd edən Bosatski, lakin "hər şeyin yanlış təşkil edildiyini" bildirib.

"Polşa prezidenti nə CPAC konfransında, nə də... Tramp ilə birgə mətbuat brifinqi zamanı Polşanın mövqeyini ifadə etmədi", – deyə o sosial şəbəkə X (Twitter)-də yazıb və əlavə edib ki, eyni zamanda Macarıstanın baş naziri Viktor Orban bu fürsətdən istifadə edərək öz prorusiya və anti-Avropa baxışlarını təqdim edib.

"Prezident Duda ABŞ-a dövlət başçısı kimi getmişdi, 'Hüquq və Ədalət' (PiS) partiyasının nümayəndəsi kimi yox", – Radio Zet-ə açıqlamasında Avropa Parlamentinin "Graždan Platforması" partiyasından olan deputatı Kşiştof Breyza bildirib. O əlavə edib ki, Dudaya onun layiq olduğu ciddiliklə yanaşılmalıdır və bu səfər daha yaxşı planlaşdırılmalı idi.

Avropa Parlamentinin "Yeni Sol" partiyasından olan deputatı Yoanna Şoyrinq-Velqus isə görüşün qısalığının "şillə" kimi qəbul edilə biləcəyini qeyd etsə də, indiki vəziyyətdə istənilən belə görüşün dəyərli olduğunu vurğulayıb. "Mən emosiyalara qapılmamağı tövsiyə edərdim, çünki əslində görüş zamanı nəyin müzakirə edildiyini bilmirik", – deyə o Radio Zet-ə müsahibəsində bildirib.

Baş nazir Donald Tusk da məsələyə ciddi yanaşmağın vacibliyini qeyd edib. "Burada gülməli heç nə yoxdur. Gəlin ciddi olaq, çünki (təhlükəsizlik) vəziyyəti getdikcə daha ciddi hal alır", – deyə o vurğulayıb.

Polşa Prezident Administrasiyasının dövlət katibi Anjey Dera bazar günü Polsat News-a müsahibəsində bildirib ki, görüşün qısa olması Polşa prezidentinə hörmətsizlik kimi qəbul edilməməlidir. O qeyd edib ki, Tramp Dudanı "dost" adlandırıb.

"Dostu aşağılamaq olmaz... Dost ilə başqa cür danışırlar. Saatlarla müzakirələrə və söhbətlərə ehtiyac yoxdur; dost ilə birbaşa və konkret danışılır", – deyə o bildirib.

Xatırladaq ki, Tramp ilə görüşdən sonra Duda ABŞ-ın dəstəyi olmadan Ukraynanın bu müharibədən sağ çıxmayacağını bildirib və "bu müharibənin necə olursa-olsun bitməli olduğunu" qeyd edib.

Duda həmçinin vurğulayıb ki, Tramp onu ABŞ qoşunlarının Polşadakı varlığı ilə bağlı sakitləşdirib.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri