Düjarrik ABŞ ın rüsumlarından danışdı: Bizi narahat edən məsələ…
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
“Ticarət müharibəsindən qalib çıxan olmur”.
Globalinfo.az xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.
“Ticarət müharibəsində qalib ola biləcək tərəf yoxdur”, – deyə o, ABŞ-ın rüsum siyasəti ilə bağlı sualı cavablandırarkən bildirib. – “Hazırda bizi ən çox narahat edən məsələ bu vəziyyətə ən az hazırlığı olan, ən həssas ölkələrin durumudur”.
Düjarrik əlavə edib ki, baş verən ticarət qarşıdurması Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə də mənfi təsir göstərəcək.
Xatırladaq ki, Ağ Ev rəhbəri 180 ölkəni əhatə edəcək gömrük rüsumları tətbiq edib. Bir sıra ölkələr bu addımın dünya iqtisadiyyatına mənfi təsir göstərəcəyi barədə açıqlamalar verib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Aprel 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















