“Dükkan”da yoxlama: Nöqsanlar aşkarlandı Foto
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kütləvi qidalanmanın təşkil edildiyi iaşə obyektlərinə nəzarət tədbirləri çərçivəsində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi 37-də fiziki şəxs Eyvaz Həsən oğlu Əliyevə məxsus “Dükkan” restoranında yoxlama aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, yoxlama zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanılmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. Yoxlama zamanı istehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunub. Məhsulların istehlaka təqdim edilməsinin qarşısı alınıb.
Agentliyin əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub. İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 21 Yanvar 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















