Icma.az
close
up
RU
Duman canlı imiş: alimlər havanı təmizləyən bakteriyalar tapdılar

Duman canlı imiş: alimlər havanı təmizləyən bakteriyalar tapdılar

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Sərin səhərlər gördüyümüz dumanın sadəcə xırda su damcılarından ibarət olmadığı məlum olub. Alimlər müəyyən ediblər ki, onun daxilində yaşayan bakteriyalar yalnız bu mühitdə sağ qalmır, həm də havanı zərərli çirkləndiricilərdən təmizləyə bilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər artıq uzun illərdir bilirlər ki, bakteriyalar atmosferdə hərəkət edə, hava axınları ilə daşına, buludlara düşə və hətta qitələr arasında yayıla bilir. 

Tədqiqatçılar müəyyən ediblər ki, duman damcılarının 1 faizindən az hissəsində bakteriyalar mövcuddur. İlk baxışda bu rəqəm çox kiçik görünür. Lakin damcıların ümumi sayı nəzərə alındıqda mənzərə tam dəyişir.

Bütün damcılar birlikdə hesablandıqda, dumandakı bakteriya konsentrasiyasının okeanlardakı səviyyəyə yaxın olduğu ortaya çıxıb. Cəmi bir kiçik barmaqcıq ölçüsündə duman suyunda təxminən 10 milyon bakteriya mövcuddur.

Aşkar olunan mikroorqanizmlər arasında xüsusilə Metilobakteriyalar diqqət çəkib. Analiz göstərib ki, duman yaranmazdan əvvəl havada bu bakteriyaların sayı daha az olub. Duman formalaşdıqdan sonra isə onların miqdarı artıb. Bu da dumanın bakteriyaların çoxalmasını aktiv şəkildə stimullaşdırdığını göstərir.

Ən maraqlısı isə odur ki, bu bakteriyalar insanlar üçün faydalı hesab olunur. Onlar sadə karbon birləşmələri, xüsusilə də havanı çirkləndirən Formaldehid ilə qidalanırlar. Formaldehid ozon dumanının yaranmasına səbəb olur və insan sağlamlığına mənfi təsir göstərir.

Laboratoriyada aparılan müşahidələr zamanı alimlər mikroskop altında bakteriyaların sadəcə damcıların içində mövcud olmadığını, həm də böyüyərək bölündüyünü görüblər. Araşdırma zamanı məlum olub ki, bakteriyalar formaldehidi böyümək üçün enerji mənbəyi kimi istifadə edirlər.

Alimlər vurğulayırlar ki, duman suyu steril deyil. O, atmosferdəki kimyəvi maddələrlə qarşılıqlı əlaqədə olan canlı bakteriyalar ehtiva edir. Buna görə belə su istifadə edilməzdən əvvəl mütləq yoxlanmalı və təmizlənməlidir.

Araşdırmanın digər vacib nəticəsi gecə vaxtı atmosfer kimyası ilə bağlıdır. Müasir modellərin çoxu günəş işığı altında baş verən reaksiyalara əsaslanır. Lakin bakteriyalar gün batdıqdan sonra da aktiv fəaliyyət göstərməyə davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 May 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri