Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Son günlər Şamaxı rayonunun Dağ Göylər və Çöl Göylər kəndlərini birləşdirən avtomobil yolunun təhlükəli olması ilə bağlı sürücülər öz narahatlıqlarını bildirirlər.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fikirlərdə sürücülər sözügedən yolda dəfələrlə çətin vəziyyətə düşdüklərini vurğulayıblar.
"Xüsusən də havanın dumanlı və yağıntılı vaxtında yol çox təhlükəli olur. Belə havada qəza baş verərsə, ölüm riski qaçılmaz olar", - deyə sürücülərdən biri qeyd edib.
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Dağ Göylər və Çöl Göylər kəndlərini birləşdirən avtomobil yolu mütəmadi olaraq nəzarətdə saxlanılır.
"Yol boyu nəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə cari təmir işləri həyata keçirilir. Eyni zamanda, hərəkət təhlükəsizliyinin təmin olunması üçün yol boyunca müvafiq yol nişanları və siqnal dirəkləri quraşdırılıb. Əlavə təhlükəsizlik tədbirlərinin görülməsinin zəruriliyi ilə bağlı avtomobil yolunda əlavə monitorinqlərin aparılması nəzərdə tutulur.
Sürücülərdən xahiş edirik ki, sözügedən avtomobil yolu ilə hərəkət zamanı diqqətli olsunlar, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə ciddi əməl etsinlər", - deyə A.Nəcəfli bildirib.
Oxunub 4
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 13 Yanvar 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















