Icma.az
close
up
RU
DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ... Mehdiyevlə bağlı əvvəl nə deyirldilər, indi nə deyirlər?

DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ... Mehdiyevlə bağlı əvvəl nə deyirldilər, indi nə deyirlər?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı əsasında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev – Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Mehdiyevin əməlləri sübuta yetirilərsə, bu maddələr üzrə onu on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları gözləyir.

Qeyd edək ki, müəyyən səbəblərdən vəzifədə saxlanılsa hər kəs R.Mehdiyevin Rusiyanın adamı olduğunu, Moskvanın istəklərini hər zaman Azərbaycan dövlətinin maraqlarından üstün tutduğunu bilirdi. Ancaq bunu bildiklri halda vaxtilə Mehdiyevi “xalqın müdrik ağsaqqalı”, “dövlətin intellektual dayağı”, “ideoloji sütunu” adlandıranlar, onu “ilahiləşdirənlər” vardı. Xüsusən də deputatların arasında.

Maraqlıdır ki, bu gün Mehdiyevə qarşı ilk olaraq sərt ittihamlatrla da məhz həmin deputatlar çıxış etdi. Heç bir əlavə şərh vermədən R.Mehdiyevlə bağlı cinayətt işi qaldırıldıqdan sonra onu ittiham edən deputatların əvvəl nə dediklərini təqdim edirik:

Deputat Elşən Musayev (əvvəl): “Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə, o zaman biz kimik? Nə deyib ortada gəzirik? Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə öhtəsində durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır”.

Deputat Elşən Musayev (indi): “Ramiz Mehdiyevin yanında olanlar bizdən deyillər!”.

Deputat Aydın Mirzəzadə(əvvəl): “Ramiz Mehdiyev Azərbaycan tarixində özünün fəaliyyəti ilə mühüm yer tutmuş şəxslərdən biridir... Ramiz Mehdiyev Azərbaycanda dövlətçiliyin möhkəmlənməsində, hüquqi demokratik dövlətin formalaşmasında, insan hüquq və azadlıqlarlının qorunmasında, bir sistemdən digərinə ağrısız və şok terapiyası olmadan keçilməsində böyük rol oynadı”.

Deputat Aydın Mirzəzadə(indi): “Əgər belə ittihamlar irəli sürülübsə, deməli, ciddi əsaslar var və bu, uzunmüddətli araşdırmanın, sübutların nəticəsidir. Çox təəssüf edirəm ki, yüksək vəzifədə çalışmış, böyük etimada layiq görülmüş şəxs tərəfindən belə hallara yol verilib. Cənab Prezidentimizin apardığı siyasi xətt ölkəmizi güclü və sözün əsl mənasında müstəqil edir...Heç kəs dövlətimizin təhlükəsizliyinə, müstəqilliyinə əl uzatmağa çalışmasın. Bu, gec-tez aşkar olunur”.

Deputat Sahib Alıyev (əvvəl): “Cənab Ramiz Mehdiyev, zəngin dövlətçilik təcrübəsi olan, Ulu Öndər Heydər Əliyevin idarəçilik fəlsəfəsini dərindən bilən böyük dövlət adamıdır, belə demək mümkündürsə, siyasət generalıdır. Fikrimcə, özünün dövlətə bağlılığı, zəhmətkeşliyi, sədaqətliliyi, elmi, peşəkarlığı və təvazökarlığıyla əsl örnəkdir. Mən ona can sağlığı, çətin, son dərəcə məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıram”.

Deputat Sahib Alıyev (sonra): “Açığı, mən Ramiz Mehdiyev kimi təcrübəli bir adamın karantin rejiminin tələblərini kobudcasına pozaraq nəvəsinə toy edilməsinə razılıq verib, özünün də onlarla adamın qatıldığı o məclisin başında oturmasının nədən irəli gəldiyini anlamağa çətinlik çəkirəm, heç anlamaq da istəmirəm. Ümid edirəm ki, o toyu keçirənlər də, oradakı digər vəzifəli şəxslər də qanun qarşısında cavab verəcəklər. Digərlərindən də, özünü qanundan üstün tutmasıyla deyil, əksinə ona dəqiq əməl etməsi, sadə və təvazökar davranışlarlyla fərqlənir”.

Deputat Məlahət İbrahimqızı(əvvəl): “Ramiz müəllim Azərbaycanın müstəqilliyinin ilk illərindən yüksək dövlət vəzifəsində çalışır və Prezident Administrasiyasına rəhbərlik edir. Azərbaycanın çağdaş dövlətçiliyinin inkişafında və möhkməndiriliməsində onun yüksək xidmətləri var”.

Deputat Məlahət İbrahimqızı(indi): “Azərbaycan xalqı Qalib Dövlətin vətəndaşı olmağı ilə fəxr etdiyi halda, bütün Türk dünyasının 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin və 2023-cü il 19-20 sentyabr anriterror əməliyyatının uğurunu sevincini və qürurunu yaşadığı dövrdə Ramiz Mehdiyevin və bir qrup cinayətkar “silahdaşlarının” dövlət çevrilişi törətmək planı əziz Şəhidlərimizin qanı ilə suvarılmış Vətənimizə və Dövlətimizə qarşı ən böyük xəyanətdir. Fəaliyyəti dövründə Azərbaycan xalqının milli dəyərlərinə, Türk kimliyinə, islam dəyərlərinə nifrətini heç vaxt gizlətməyən Ramiz Mehdiyev kimi adamlar erməni revanşistləri ilə əməkdaşlıq etməyi belə özlərinə şərəf sayırlar. Hər kəs bilir ki, 2009-13-cü illərdə Azərbaycan-Türkiyə arasında yaranmış böhran vaxtı Ramiz Mehdiyev bu senarinin baş müəllifi və əsas aktyoru idi. FETO-çularla, Ermənistanda, Rusiyada, eləcə də dünyanın hər yerində nə qədər Azərbaycan-Türkiyə düşməni var idisə bütün qüvvəsi ilə çalışaraq onlarla işbirliyində olub, bu iki qardaş ölkə, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti R.T. Ərdoğan arasında fitnə salmağa çalışırdı. Anlaqsız vəziyyətdə olan Ramiz Mehdiyev və onun kimilər toyuq korluğu səbəbindən Azərbaycanın və dövlət başçımızın misilsiz fəaliyyətini görə bilmirlər. Çirkli və sinsi xislətli insanların gözü heç vaxt görməz. Çünki bu insanlar doğularkan dünyaya xain və xəyanətkar xislət və məramla gəlirlər. Bu mənada Ramiz Mehdiyev kimi adamlar möhtərəm Prezidentimizin qüdrəti və nüfuzu, ona olan xalq məhəbbəti qarşısında çox, cılız, kiçik və xırdadırlar. Onların bu cinayətləri həm də xalqa qarşıdır. Xalqımız öz Lideri arxasında daima bir yumruq olaraq, əfsanəvi gücə Dəmir Yumruğa çevrilibdir”.

Deputat Elman Nəsirov(əvvəl): “Ramiz Mehdiyev Azərbaycanın dövlət quruculuğu prosesində çox böyük xidmətləri olan şəxsiyyətdir. Hörmətli Ramiz müəllimin dövlət idarəçiliyi sahəsində çox zəngin bilik, bacarıq və təcrübəsi var. Olduqca ciddi dövlət adamıdır, hadisələri soyuq başla təhlil etmək qabiliyyətinə, peşəkarlıq keyfiyyətlərinə malikdir. Ramiz Mehdiyevin ən müstəsna xüsusiyyəti odur ki, dövlətə, dövlətçiliyə, prezidentə sədaqətli insan olub və bu gün də belədir. Hörmətli Ramiz müəllim bu gün də böyük təcrübəsini və bacarığını, elmi biliyini dövlətimizin mənafeyinə sərf edir. Hörmətli akademikin məqalələri də xüsusi vurğulanmalıdır. Onun məqalələri hər zaman proqram xarakterli olur. Fürsətdən istifadə edib sizin qəzetiniz vasitəsilə hörmətli Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edirəm. Ona cansağlığı arzulayıram”.

Deputat Elman Nəsirov(indi): “Bundan ağır cinayət yoxdur. Digər maddələr də olduqca ağır cinayətləri özündə ehtiva edir. Onun yəqin ki, 87 yaşlı olması nəzərə alınaraq, barəsində ev dustaqlığı qərarı verilib. İstintaq prosesində, yəni 4 ay ərzində daha çox məlumat alacağıq. İrəli sürülən ittihamların detalları ilə bağlı məsələlər də yəqin ki, ictimaiyyətin diqqətinə çatdıdırlacaq.Hakim partiyanın bu məsələlərdə mövqeyi bəllidir. Artıq cinayət əməli sübuta yetirilmiş şəxsin partiyada qalması mümkün deyil”.

 Deputat Siyavuş Novruzov(əvvəl): “Ramiz Mehdiyev Azərbaycan dövlətinin qurulmasında, qorunmasında, möhkəmlənməsində xüsusi xidmətləri olan bir dövlət adamıdır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsində prezidentimizə yaxından dəstək verən dövlət xadimlərindən biridir. O, həm də bir alim kimi də öz xidmətləri və baxışları ilə uğurlar qazanıb. Onun ayrı-ayrı zamanlarda ermənilərə verdiyi tutarlı cavablar, cəmiyyətə verdiyi istiqamətlər xüsusi qeyd olunmalıdır. Ramiz Mehdiyevin fəaliyyəti göz önündədir. Onun xidmətlərinə kölgə salmaq cəhdləri isə səmərə verəsi deyil...”

Deputat Siyavuş Novruzov(indi): “Ramiz Mehdiyev dövlət strukturunda fəaliyyət göstərib, həmin vaxt mən də işləmişəm. Halbuki həmişə iclaslarda müəyyən fikirlərin əleyhinə çıxış edən mən olmuşam. Orada oturanların hamısı şahiddir ki, həmişə haqqı demişəm. Ramiz Mehdiyevə mədhiyyə deyənlərin, şeir, qəzəl oxuyanların hamısı tamam kənarda qalıb, məni müzakirə edirlər. Ramiz Mehdiyevlə münasibətlərimiz o qədər normal, yolunda olmayıb... Sadəcə, paralel işləmişik”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Oktyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri