Dünən Əliyev bütün oyun qaydalarını dəyişdi Petrosyan heyran qaldı
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycan bütün oyun qaydalarını dəyişdi”.
Globalinfo.az xəbər verir ki, bunu regional məsələlər üzrə ekspert Armen Petrosyan deyib.
O qeyd edib ki, ötən gün Daşkənddə “Mərkəzi Asiya (C5) + Azərbaycan” formatında görüş keçirilib:
“Bu görüşdə Azərbaycana bu toplantıların tamhüquqlu üzvü statusu verildi. Hazırda ən azı siyasi və geosiyasi müstəvidə ölkələri birləşdirən C5 formatı artıq C6-ya çevrilir.
Ən önəmlisi isə odur ki, bu istiqamətdə əsas təşəbbüskarlığı göstərən məhz Azərbaycan idi. Hətta Daşkənd sammitindən əvvəl belə, platformanın qeyri-rəsmi üzvü kimi, ABŞ-da keçirilən C5+ABŞ sammitində iştirak etməyə çalışırdı.
Ədalət naminə demək lazımdır ki, Azərbaycanın bu mövqeyi regional güc olmağa canatma yolunda son dərəcə praqmatik və perspektivli addımdır”.
A.Petrosyan vurğulayıb ki, Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, siyasi, iqtisadi və dəyərlər müstəvisində Mərkəzi Asiyaya yönəlir.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:69
Bu xəbər 17 Noyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















