Icma.az
close
up
RU
Dünən hər şey razılaşdırılmışdı Tramp İranla bağlı

Dünən hər şey razılaşdırılmışdı Tramp İranla bağlı

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İran ətrafındakı vəziyyətlə bağlı görüş iyulun 12-də baş tutub. Müəyyən razılaşmalar əldə olunsa da, Tehran Vaşinqtondan sənədə bəzi düzəlişlərin edilməsini istəyib. ABŞ tərəfi isə bu dəyişiklikləri qəbul etmək niyyətində deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına telefonla verdiyi müsahibədə bildirib.

“Onlarla bağlı hər şey son anda baş verir... Dünən hər şey razılaşdırılmışdı. Sonra isə onlar otağı tərk etdilər, yenidən zəng vuraraq dedilər ki, bir neçə dəyişiklik etmək lazımdır. Mən də dedim: "Dəyişikliklər? ... Biz heç bir dəyişiklik etməyəcəyik", – deyə ABŞ lideri jurnalistlərə bildirib.

O, həmçinin əlavə edib ki, ABŞ İran İslam Respublikasına qarşı sərt zərbələr endirməyə hazırlaşır.

Xatırladaq ki, İyunun 17-də ABŞ və İran qarşılıqlı anlaşma haqqında döyüş əməliyyatlarının dayandırılmasını və danışıqların yeni mərhələsinin başlanmasını nəzərdə tutan müvəqqəti memorandum imzalayıblar. Sənədi ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian imzalayıblar. Axios nəşri isə memorandumun məsafədən rəsmiləşdirildiyini və elektron imzalanmadan sonra qüvvəyə mindiyini bildirib.

İyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib./Trend

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 İyul 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri