Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
İstanbulda məşhurlara qarşı başlanan narkotik əməliyyatında Hadisə, Demet Evgar, İrem Derici, Kaan Yıldırım, Berrak Tüzünataç, Duygu Özaslan, Zeynep Meriç Aral Keskin, Ziynet Sali və Dilan Polat da daxil olmaqla bir çox məşhur ifadə verib.
Milli.Az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu "narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə" ittihamı ilə istintaq açıb.
Səhər saatlarında saxlanılan məşhurlar gün boyu davam edən əməliyyatların ardından sərbəst buraxılıblar.
İfadə zamanı məşhurlara beş sual ünvanlanıb: "Narkotik maddə istifadə edirsiniz?", "Narkotik maddə satan biri ilə hər hansı əlaqəniz olub?", "Narkotik maddə istifadə olunan bir mühitdə oldunuzmu?", "Narkotik maddə istifadə edən birinə şahid oldunuz?" və "Narkotik maddə istifadəsini təşviq edən hər hansı paylaşım etdiniz?".
Məşhurlar ifadə zamanı ayrı-ayrı otaqlarda saxlanılıb, qan, sidik və saç nümunələri götürülüb. Onlar ifadəsi alındıqdan və test verdikdən sonra sərbəst buraxılıblar.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 09 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















