Icma.az
close
up
RU
Dünən Vinisiusun günü deyildi: Alonsonu, Pedrini, Yamalı təhqir etdi

Dünən Vinisiusun günü deyildi: Alonsonu, Pedrini, Yamalı təhqir etdi

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən İspaniyada “Real Madrid” və “Barselona” komandaları arasında keçirilən “El Klassiko” oyun ərzindəki gərgin anlarla yanaşı, qısa fasilələrdə və oyundan sonra yaranan qarşıdurmalarla da yadda qalıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada gərgin mübarizə ilə yanaşı ən çox diqqət çəkən epizodlar “Real”ın sol cinah hücumçusu Vinisius Juniorla bağlı olub.

O, əvvəlcə Pedrini təhqir edib. Buna səbəb “Barselona”nın mərkəz oyunçusu Pedri Qonzalesin əks-hücum zamanı Vinisiusa sürətdə uduzması və məcbur qalaraq onun köynəyindən tutub dartması olub. Vinisius isə üzünü hakimə çevirərək:

“O kapitan deyil, sənə yaxınlaşmağa icazəsi yoxdur. Mənə toxunma, ona da mənə toxunmağa icazə vermə. O həmişə danışır, həmişə danışır. Yetər artıq mızıldadığı”, - deyə etiraz edib.

Xabi Alonso onu əvəzləməyi qərara aldıqda isə Vinisius Junior ehtiyat skamyasına doğru gedərkən məşqçiyə əsəbi şəkildə: “Mən komandadan gedəcəm, mənim üçün buradan getmək daha yaxşıdır”, deyib və bunun ardınca Alonsonu açıq şəkildə söyüb.

Baş məşqçi isə həmin an: “Davam et, Vini, lənətə gəlmiş!” - deyə səslənib.

Oyundan sonra gərginlik meydanda da davam edib. Vinisius görüş başa çatdıqdan sonra yenidən meydana çıxaraq Lamin Yamala yaxınlaşaraq onu sözləri ilə təxribata çəkib: “Sən çox danışırsan. Bildiyin yeganə şey topu arxaya ötürməkdir”.

Bunun cavabında isə Yamal rəqibinə tunelə enib təkbətək söhbət etməyi, yəni dalaşmağı təklif edib. Lakin futbolçular tunelə çatmadan komanda yoldaşları tərəfindən ayrılaraq paltardəyişmə otaqlarına aparılıblar.

Qeyd edək ki, gərginliyin fonu matçdan əvvəl də mövcud idi. Yamal görüş öncəsi “Real”ı hiyləgərlikdə və daima şikayət etməkdə ittiham etmişdi. Onun atası isə Laminin “Real”ı “qızardacağını” bildirmiş, Madrid klubunu “qabırğa” ilə müqayisə etmişdi.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Oktyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri