Dünənki düşmənlər bu gün eyni masada, Ankaradan möhtəşəm addım Hakan Fidan Xəftarla görüşdü
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Liviyaya səfəri zamanı Benqazidə marşal Xəlifə Xəftarla görüşməsi diqqət çəkib.
Hurriyyet.Media xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, Hakan Fidan 11-12 avqust tarixlərində Liviyaya səfəri çərçivəsində Tripoli və Benqazidə bir sıra yüksək səviyyəli görüşlər keçirib.
Benqazidə Fidan Liviya Milli Ordusunun baş komandanı marşal Xəlifə Xəftarla görüşüb. Türkiyəli nazir həmçinin Xəftarın müavini general Saddam Xəftar, Liviya Nümayəndələr Palatasının sədri Aqila Saleh İsa və Liviya İnkişaf və Yenidənqurma Fondunun rəhbəri Bilqasım Xəlifə Xəftarla danışıqlar aparıb.
Görüş xüsusilə Türkiyə ilə Xəftar düşərgəsi arasındakı keçmiş qarşıdurma fonunda diqqət çəkir. 2019-2020-ci illərdə Liviyada gedən müharibə zamanı Ankara Tripolidəki hökuməti dəstəkləyirdi, Xəftar qüvvələri isə onun əsas hərbi rəqibi idi. Sonrakı illərdə Türkiyə Liviyanın şərqi ilə də münasibətlərini tədricən inkişaf etdirməyə başlayıb.
Fidan Benqaziyə getməzdən əvvəl Tripolidə Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybə, Prezident Şurasının sədri Məhəmməd əl-Menfi və Ali Dövlət Şurasının sədri Məhəmməd Miftah Takala ilə də görüşüb.
Səfərin sonunda açıqlama verən Hakan Fidan Liviyanın şərqi və qərbi arasında aparılan danışıqlarla bağlı təəssüratlarının müsbət olduğunu bildirib. O, hər iki tərəfdə ölkənin yenidən birləşdirilməsinə böyük dəstək gördüyünü deyərək Türkiyənin Liviyada konstruktiv və vasitəçi rolunu davam etdirəcəyini vurğulayıb.
Baxış sayı:151
Bu xəbər 13 Avqust 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















