“Dünənki oyunla müqayisədə yaxşılığa doğru çox böyük fərq var
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Futzal üzrə Bosniya və Herseqovina yığmasına qarşı keçirilmiş yoxlama oyunundan sonra Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, 1:5 hesablı məğlubiyyətlə bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Dünənki oyunla müqayisədə yaxşılığa doğru çox böyük fərq vardı. Bu gün uşaqlar çox hərəkət etdilər, demək olar, meydanın hər yerində var idilər. Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox. 6-7 real qol epizodu yaratsaq da, cəmi birindən istifadə edə bildik. Əlbəttə, narazı qaldığım məqamlar da oldu. Dünənki oyunda rəqib qapıçısı beşinci oyunçu funksiyasını yerinə yetirən zaman çox əziyyət çəkdiksə, bu dəfə standart vəziyyətlərin yerinə yetirilməsi zaman kobud səhvlər etdik. Biri cərimə, ikisi isə künc zərbəsindən olmaqla qollar buraxdıq. Bunun üzərində işləməliyik.
Qeyd edək ki, futzal millimiz ötən gün keçirilən yoxlama görşündə bu rəqibinə 0:7 hesabı ilə məğlub olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Noyabr 2024 01:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















