Icma.az
close
up
RU
Dünənki yağış sünidir? Ekoloq açıqladı

Dünənki yağış sünidir? Ekoloq açıqladı

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda son dövrlər müşahidə olunan intensiv yağışlar cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Paytaxt və ətraf ərazilərdə, eləcə də rayonlarda yağıntıların həcmi kəskin şəkildə artaraq aylıq normanı bir neçə dəfə üstələyib. Rəsmi statistika Bakı və Abşeron yarımadasında yağıntının miqdarının 40–55 mm-ə çatdığını göstərir. Bu göstərici aylıq normadan təxminən iki-üç dəfə çoxdur. Mövcud hava şəraiti fonunda sosial şəbəkələrdə iqlimə süni müdaxilə iddiaları gündəmə gəlib. Yayılan mülahizələrə görə, regional iqlim dəyişikliyinə xarici texnoloji amillər təsir göstərir. İddialardan birində İranın Birləşmiş Ərəb Əmirliklərindəki iqlim qurğularını sıradan çıxarması və bunun bölgədə yağıntıları artırması qeyd olunur. Digər tərəfdən, quraqlıqdan əziyyət çəkən İranın buludları süni şəkildə sıxlaşdıran kimyəvi maddələrdən istifadə etdiyi də ehtimallar arasındadır. İran rəsmiləri isə öz növbəsində İsrail və BƏƏ-ni günahlandıraraq, buludların ölkəyə çatmadan vaxtından əvvəl yağdırıldığını irəli sürür. Eyni zamanda bəzi yerli şəxslər Bakıdakı yağışların da süni şəkildə yağdırıldığını iddia edirlər.
Bəs son vaxtlar normadan artıq müşahidə olunan yağıntılar bu cür süni müdaxilələrlə bağlıdır, yoxsa iqlim dəyişikliyinin nəticəsidir?
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az-a danışan ekoloq Sadiq Həsənov bildirib ki, səsləndirilən iddiaların elmi əsası yoxdur və daha çox təbliğat xarakteri daşıyır:
“Hazırda dünyada elə bir texnologiya mövcud deyil ki, buludları bir ərazidən digərinə yönləndirərək orada quraqlıq yaratsın. Hətta gələcəkdə belə bir imkan yaransa belə, bu, son dərəcə böyük maliyyə xərci tələb edər. Bu halda sual yaranır, bu qədər böyük vəsait xərcləyib hansı nəticəni əldə etmək istəyirlər? Ona görə də bu kimi fikirlər elmi əsasdan uzaqdır”.
Ekoloqun sözlərinə görə, Azərbaycanda yağıntıların normadan bir neçə dəfə artıq qeydə alınması yeni hal deyil:
“Bu cür hallar 1953, 1969 və 1993–1994-cü illərdə də müşahidə olunub. Hazırda müşahidə olunan dəyişikliklər əsasən iqlim dəyişikliyi ilə bağlıdır. Yer kürəsində orta temperaturun 1.5°C-dən-2°C-ə artması davam edir. Bu isə əsasən yanacaq istehlakının artması nəticəsində atmosferdə karbon dioksid, karbon monoksid, metan və azot oksidlərinin miqdarının yüksəlməsi ilə əlaqədardır. Nəticədə qlobal istiləşmə baş verir. Atmosferdə toplanan bu qazlar günəşdən gələn enerjinin tam şəkildə geri qaytarılmasına maneə törədir və istiliyin saxlanmasına səbəb olur. Bu proseslər iqlim sisteminə təsir göstərir. Rütubətlilik də artıb. Bunun nəticəsində Arktikadan gələn siklonlar, buzlaqların əriməsi fonunda, daha aktiv şəkildə regionumuza, xüsusilə Şərqi Sibir istiqamətindən daxil olur. Bu da intensiv və normadan artıq yağıntıların artmasına səbəb olur”.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri