Icma.az
close
up
RU
Menu

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Dünya Azərbaycana və onun Liderinə böyük etimad göstərir

Dünya Azərbaycana və onun Liderinə böyük etimad göstərir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

XII Qlobal Bakı Forumu keçiriləcək

Azərbaycan növbəti dəfə mühüm beynəlxalq platformaya ev sahibliyi edəcək. Belə ki, bu il martın 13-15-də respublikamızda XII Qlobal Bakı Forumu keçiriləcək. Bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) XII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul təşkil edib. Qəbulda dünya ölkələrinin Azərbaycandakı diplomatik nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Tədbirin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov çıxış edərək, XII Qlobal Bakı Forumu haqqında ətraflı məlumat verib. O, Forumun əsas mövzularından, qlobal çağırışlar fonunda aparılacaq müzakirələrdən və dünyanın müxtəlif ölkələrindən gələcək ali səviyyəli qonaqlardan bəhs edib.

Bütün dünyanı birləşdirən platforma

Artıq ənənəvi qaydada keçirilən Qlobal Bakı Forumu çox doğru olaraq bütün dünyanı birləşdirən səmərəli platforma qismində dəyərləndirilir. Qısa müddətdə böyük populyarlıq qazanan forum Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib.

Qlobal Bakı Forumu çox səmərəli platformadır. Forumun proqramı hər zaman kifayət qədər geniş olur. Son illərdə bura daxil edilən məsələlər Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edib. Eyni zamanda, forumda dünya gündəliyinin aktual məsələləri ətrafında da müzakirələr aparılır. Prezident İlham Əliyev ötən il martın 14-16-da baş tutan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında platformanın önəminə diqqət çəkərək vurğulayıb: “Hesab edirəm ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir”.

Forumun Nizami Gəncəvinin adını daşıyan beynəlxalq mərkəz tərəfindən təşkil olunması da diqqətçəkən məqamdır. Bu, həm də dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətin, ehtiramın ifadəsi anlamında qəbul olunur. Nizami Gəncəvi əsərlərində humanizm, xeyirxahlıq kimi bəşəri səciyyə daşıyan dəyərlər aşılamağa çalışıb və bunu bədii lövhələrdə dolğun və təsirli formada əks etdiririb. Onun yaradıcılığı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Yaxşı haldır ki, xalqımız əsrlər ötdükdən sonra da böyük Nizaminin irsini unutmur, özünün tarixdən gələn ənənələrini və dəyərlərini qoruyaraq yaşadır.

Müsbət reallıqlar və beynəlxalq birliyin dərin rəğbəti

Belə mötəbər forumun Azərbaycanda hər il uğurla baş tutması heç də təsadüfi deyil. Bu gün Azərbaycan bütün dünyada yüksək nüfuza malik ölkə kimi tanınır. Respublikamızın, xalqımızın milli maraqları qətiyyətlə qorunur. İqtisadi mütəqilliyinə nail olan  respublikamız siyasi qərarlarını da tam müstəqil şəkildə qəbul edir. Bu qərarlar hansısa güc mərkəzlərinin paytaxtlarında deyil, məhz Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi əsasında verilir. Ölkəmizlə heç bir güc mərkəzi diktat dili ilə danışmır və danışa da bilməz. Prezident İlham Əliyev mötəbər beynəlxalq təşkilatların tribunalarından dəfələrlə bəyan edib ki, Azərbaycanın özünün milli maraqlarını qorumağa gücü və iradəsi var. Ötən illərin təcrübəsi dövlət başçımızın ifadə etdiyi fikirlərin təsdiqinə çevrilib. Hər inkişaf mərhələsində ölkəmizin potensialı və qlobal çağırışlar nəzərə alınmaqla yeni prioritetləri müəyyənləşdirilir. Sonra isə milli güc səfərbər edilərək qarşıya qoyulan hədəflərə doğru inamlı addımlar atılır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu formul sayəsində Azərbaycan zirvələrə yüksəlib, dünyanın sayılıb seçilən ölkələrindən birinə çevrilib. Qısa müstəqilliik tarixində ən böyük uğurumuz, heç şübhəsiz ki, 44 günlük müharibədə qazandığımız şanlı Qələbə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağda suverenliyimizin tam təmin edilməsidir. Bu Qələbələr sayəsində ölkəmiz düşməni kapituyasiyaya məruz qoydu və özünün ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi. Milli maraqlarını belə qətiyyətlə qoruması Azərbaycana bütün dünyada ləyaqətli dövlət imici qazandırıb.

Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artması ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasi kursun məntiqi nəticəsidir. Dünyada ölkəmizə və onun Lideri İlham Əliyevə böyük inam formalaşıb. Dövlətimizin başçısı bütün qlobal əməkdaşlığa, beynəlxalq həmrəyliyin möhkəmlənməsinə töhfələr verən Lider kimi tanınır və qəbul olunur. Uğurlu inkişaf, öz siyasətində daim xoş məramdan çıxış etməsi, möhkəm daxili sabitlik, hər cəhətdən nümunəvi olan multikultural mühit, təhlükəsizlik amili beynəlxalq birliyin nəzərlərini Azərbaycana yönəldir. Mötəbər beynəlxalq tədbirlərə, nüfuzlu idman yarışlarınına, son olaraq BMT-nin COP29 konfransına  ev sahibliyi hüququnun ölkəmizə həvalə edilməsi ondan xəbər verir ki, dünya Azərbaycana inanır və böyük etimad göstərir.

Dünya gündəliyinin aktual məsələləri Bakıda müzakirə olunacaq

Qlobal Bakı Forumunun mövzuları bir qayda olaraq dünyada narahatlıqla izlənilən ən aktual çağırışları əhatə edir. XII Qlobal Bakı Forumunun gündəliyi də kifayət qədər geniş olacaq. Qəbulda COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai forumun əsas mövzularından biri olan iqlim dəyişikliyi və onun qlobal təsirləri barədə danışıb, Azərbaycanın bu sahədə gördüyü işləri vurğulayıb. O, Xəzər dənizinin dünyanın ən böyük gölü olduğunu, 1800-dən çox heyvan növünü və planetin göl sularının 40 faizdən çoxunu özündə cəmləşdirdiyini, lakin hazırda onun ekoloji vəziyyətinin təcili müdaxilə tələb etdiyini bildirib. Nigar Arpadarai, həmçinin milyonlarla balığın Xəzər dənizinə buraxıldığını və su israfının qarşısını almaq üçün yeni layihələrin həyata keçirildiyini qeyd edib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq dialoq və sülh təşəbbüslərindəki rolunu yüksək qiymətləndirib, BMT-nin qlobal məsələlərə yanaşmasını vurğulayaraq deyib: “Biz çoxtərəfliliyin əhəmiyyətini, qlobal çağırışların həmrəylik şəraitində həllinin vacibliyini başa düşürük. Bugünkü müzakirələr bizə xatırlatmadır ki, qlobal geosiyasət dəyişməyə davam etdikcə, hamımızın saxlamalı olduğumuz prinsiplər var və biz onları qorumalıyıq. Hər şeydən əvvəl insan həmrəyliyinin, beynəlxalq hüquqa hörmətin vacibliyini qeyd etmək lazımdır”.

Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya iki ölkə arasındakı münasibətlərin inkişafına toxunaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq əməkdaşlığa verdiyi töhfələri qeyd edib.

Tədbir XII Qlobal Bakı Forumunun təbliğat videosunun nümayişi ilə başa çatıb. Videoçarxda dünyanın müxtəlif ölkələrindən ekspertlərin, siyasətçilərin və beynəlxalq təşkilat rəhbərlərinin Forumun əhəmiyyətinə dair fikirləri yer alıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusunda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 300-dən çox xarici qonağın iştirakı nəzərdə tutulur.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see294

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see280

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see272

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see239

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see227

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see224

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see223

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see222

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see222

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see211

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see209

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see209

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see203

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see187

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see186

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see180

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see180

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see176

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri