Icma.az
close
up
RU
Dünya Bankı “Azeraluminium”da enerji səmərəliliyi yoxlaması aparıb

Dünya Bankı “Azeraluminium”da enerji səmərəliliyi yoxlaması aparıb

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya Bankının Azərbaycan hökumətinə göstərdiyi davamlı texniki dəstək çərçivəsində Gəncə şəhərində yerləşən “Azeraluminium” MMC-nin istehsalat müəssisəsində enerji yoxlaması aparılıb.

Bu barədə "APA-Economics"ə Dünya Bankından bildirilib. Qeyd edilib ki, bu fəaliyyət, Azərbaycanda sənaye sahəsində dekarbonizasiyanın inkişaf etdirilməsi üçün ortaq öhdəliyi əks etdirir. Enerji yoxlamasının əsas məqsədi ölkənin aparıcı alüminium istehsal müəssisəsində enerji səmərəliliyinin artırılması və istixana qazı emissiyalarının azaldılması üçün praktik imkanların müəyyənləşdirilməsidir.
Bildirilib ki, bu fəaliyyət, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən icra olunan Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) proqramı çərçivəsində həyata keçirilib. AZTAF proqramı Azərbaycan hökumətinə bina sektorunda – o cümlədən sənaye və kommersiya obyektlərində – enerji səmərəliliyinin artırılması və enerji səmərəliliyinə yönəlmiş tədbirlərin icrası və maliyyələşdirilməsi üzrə potensialın gücləndirilməsi istiqamətində dəstək verir.

Dünya Bankının komandası işə Bakıda keçirilmiş görüşlə başlayıb. Görüşdə “Azeraluminium” MMC, Azərbaycan İnvestisiya Holdinqi və Almaniyanın “CMMC” məsləhətçi şirkətinin nümayəndələri iştirak edib. Daha sonra Gəncə zavodunda birgə texniki qiymətləndirmə aparılıb, burada əməliyyat prosesləri təhlil olunaraq enerji səmərəliliyinə yönəlmiş tədbirlər müəyyənləşdirilib və onların xərc-fayda təhlili üçün əsas yaradılıb.

Yekun hesabat, Azərbaycanda sənaye sektorunda enerji səmərəliliyinin və dekarbonizasiya prosesinin sürətləndirilməsi üçün gələcək investisiyalar və enerji siyasəti ilə bağlı tövsiyələrin formalaşdırılmasına töhfə verəcək bir model rolunu oynayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri