Icma.az
close
up
RU
Dünya Bankı: Bu il Azərbaycanda CƏB üzrə profisit ÜDM in 11 % ni keçəcək

Dünya Bankı: Bu il Azərbaycanda CƏB üzrə profisit ÜDM in 11 % ni keçəcək

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya Bankı (DB) 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisiti ümumi daxili məhsulun (ÜDM) 11,6 %-i qədər olacağını proqnozlaşdırır.

Bankdan “Report”a verilən məlumata görə, növbəti illərdə bu göstəricinin azalacağı gözlənilir.

Belə ki, CƏB üzrə profisit 2026-cı ildə ÜDM-in 5,4 %-i, 2027-ci ildə 3,8 %-i, 2028-ci ildə 3,6 %-i, 2029-cu ildə isə 3,4 %-i qədər olacaq. 

Dünya Bankı hesab edir ki, Azərbaycanın dövlət büdcəsi və cari əməliyyatlar hesabının profisiti yüksək neft-qaz gəlirləri sayəsində saxlanılır. 2019-2023-cü illərdə CƏB üzrə profisit ÜDM-in orta hesabla 14,9 %-ni, büdcə profisiti isə ÜDM-in təxminən 4,1 %-ni təşkil edib.

Vergi inzibatçılığının təkmilləşdirilməsi hesabına vergi daxilolmalarının ÜDM-də payı 2023-cü ildə 18 %-ə yüksəlib. Bu göstərici 2019-cu ildə 14,5 % təşkil edib.

"Ölkənin fiskal siyasəti açıq-aydın prosiklik xarakter daşıyıb, dövlət xərcləri tez-tez artım istiqamətində yenidən nəzərdən keçirilib, xüsusilə enerji resurslarının yüksək qiymətləri fonunda. Eyni zamanda, qeyri-karbon sektorlarından vergi daxilolmalarının artması fiskal qaydaya uyğun olaraq qeyri-neft-qaz ilkin kəsirini azaltmağa imkan verib", - bank qeyd edib.

Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2025-ci ildə Azərbaycanın CƏB-nin profisiti ÜDM-in 5,6 % səviyyəsində gözlənilir. 2025-2028-ci illərdə neft-qaz hasilatı üzrə proqnozlar nəzərə alınmaqla, hökumətin hesablamalarına görə, CƏB üzrə profisit ildə təxminən ÜDM-in 3 %-i səviyyəsində olacaq.

AMB 2025-ci il üçün sözügedən profisiti 5,5 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırır.

2024-cü ilin 9 ayının yekunlarına görə, Azərbaycanın CƏB üzrə profisiti təxminən 4 milyard ABŞ dolları və yaxud ÜDM-in 7,2 %-i təşkil edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Mart 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri