Dünya Bankı neftin noyabrda olan orta qiymətlərini açıqlayıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Bu ilin noyabr ayında dünya bazarlarında “Brent” etalon markalı neftin 1 barelinin orta qiyməti 63,6 ABŞ dolları təşkil edib, bu da ötən ilin dekabr göstəricisi (64,7 dollar) ilə müqayisədə 1,7% azdır.
Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Hesabaha əsasən, bu ilin birinci rübündə dünya bazarlarında “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 75,6 dollar, ikinci rübündə - 67,8 dollar, üçüncü rübündə isə 69 ABŞ dolları təşkil edib.
Bank xatırladıb ki, 2024-cü ildə “Brent” neftinin orta qiyməti 80,7 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (82,6 dollar) ilə müqayisədə 2,3% azdır.
Məlumata görə, cari ilin noyabr ayında WTI (West Texas Intermediate) etalon markalı neftin 1 barelinin orta qiyməti 59,6 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (60,2 dollar) ilə müqayisədə 1% azdır.
Qeyd olunub ki, bu ilin birinci rübündə dünya bazarlarında WTI neftinin bir barelinin orta qiyməti 71,4 dollar, ikinci rübündə - 63,9 dollar, üçüncü rübündə isə 65 ABŞ dolları təşkil edib.
Bildirilib ki, ötən il WTI markalı neftin orta qiyməti 75,8 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (77,7 dollar) ilə müqayisədə 2,4% azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 03 Dekabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















