Icma.az
close
up
RU
Dünya Bankı ölkəmizə 5 ildə 1,5 milyard dollar ayıracaq

Dünya Bankı ölkəmizə 5 ildə 1,5 milyard dollar ayıracaq

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya Bankı (DB) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xəttilə növbəti 5 il ərzində Azərbaycana 1 milyard ABŞ dollarından 1,5 milyard dollaradək vəsait ayırmaq niyyətindədir.

Bu barədə DB-nin mediada yayılan məlumatına görə, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının 2025 – 2026-cı illər üçün ilkin maliyyə planına Azərbaycan hökumətinin müraciəti əsasında 5 yeni layihə daxil edilib. Orta illik maliyyələşdirmənin 250-400 milyon dollar həcmində olması nəzərdə tutulub.

Məlumata əsasən, məşğulluğun dəstəklənməsi layihəsinə əlavə olaraq 150 milyon dollar, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi (regional proqram çərçivəsində) 225 milyon dollar, rəqabətqabiliyyətli və dayanıqlı kənd təsərrüfatının, o cümlədən irriqasiyanın inkişafı layihəsinə 400 milyon dollar, Bakının inkişafı layihəsinə 100-300 milyon dollar ayrılması planlaşdırılıb. Bu vəsaitin, təxminən, yarısının 2025-ci ilin iyun ayının sonunadək, qalan hissəsinin isə növbəti maliyyə ilində ayrılacağı qərara alınıb.

Bildirilir ki, gələcəkdə Dünya Bankı Qrupu uzunmüddətli strategiya çərçivəsində əlavə əməkdaşlıq tədbirlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan hökuməti ilə müəyyən layihələrin icrasını planlaşdırır. İlkin dövrdə əsas diqqətin aşağı karbonlu iqtisadiyyata keçid, nəqliyyat əlaqələrinin inkişafı, su resurslarının idarə edilməsi, maliyyə sektorunda islahatlar və rəqəmsal transformasiyaya istiqamətlənmiş analitik dəstəyə yönəldiləcəyi nəzərdə tutulur. Bu, proqramın həyata keçirilməsinin ikinci yarısında yeni investisiya layihələri üçün əsas ola bilər.

Xatırladılır ki, 2024-cü il dekabrın əvvəlində Azərbaycanda Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının ümumi istifadə olunmamış vəsaiti 176,1 milyon ABŞ dolları olmaqla iki kredit proqramı (məşğulluq və nəqliyyat sahələrində) qüvvədə idi.

Qeyd edək ki, Azərbaycan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Bu müddət ərzində Dünya Bankı ölkəyə 52 layihənin həyata keçirilməsi üçün 4 milyard ABŞ dollarından çox vəsait ayırıb.

Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının səhmlərinin 0,13 faizinə sahibdir ki, bu da 2 min 371 səhm təşkil edir. Onların abunəliyi üçün ölkə hökuməti 286 milyon ABŞ dolları ödəyib. Yaxın vaxtlarda daha 505 səhmin alınması nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Mart 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri