Icma.az
close
up
RU
Dünya Bankı: Qlobal iqtisadi artım səviyyəsi azalacaq

Dünya Bankı: Qlobal iqtisadi artım səviyyəsi azalacaq

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 iyun, AZƏRTAC

Dünya Bankının çərşənbə axşamı, iyunun 10-da dərc etdiyi hesabatda deyilir ki, artan ticarət maneələri və siyasi qeyri-müəyyənlik səbəbindən bu il qlobal iqtisadi artım səviyyəsinin azalacağı gözlənilir.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, “Qlobal iqtisadi perspektivlər” adlı hesabata görə, iqtisadi artımın 2,3 faizə qədər zəifləyəcəyi və ya ilin əvvəlində gözləniləndən təxminən yarım faiz bəndi aşağı olacağı proqnozlaşdırılır. Dünya Bankı qeyd edir: “Qlobal yanaşmalar may ayının sonlarında mövcud olan tarif dərəcələrinə yaxındır. Müvafiq olaraq, ABŞ və ticarət tərəfdaşları arasında əvvəllər elan edilmiş tarif artımlarına fasilələrin davam edəcəyi güman edilir”.

Hesabata görə, qlobal tənəzzül gözlənilməsə də, orta artım səviyyəsi 1960-cı illərdən bəri istənilən onilliyin ən yavaşına çevrilmək yolundadır. İqtisadiyyatların təxminən 70 faizində artım proqnozları azaldılır, ən yoxsul ölkələr isə bu proseslərdən daha çox təsirlənir. Əksər inkişaf etməkdə olan ölkələrdə (onların təxminən 60 faizində) iqtisadi artım 2025-ci ildə orta hesabla 3,8 faiz təşkil etməli, sonrakı iki ildə 3,9 faizə çatmalıdır ki, bu da 2010-cu illərdəki orta göstəricidən bir faizdən də aşağıdır.

Dünya Bankı bildirir ki, yavaşlama tempi inkişaf etməkdə olan ölkələrin iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması və daha zəngin iqtisadiyyatlarla gəlir fərqlərinin aradan qaldırılması kimi sahələrdə göstərdiyi səylərə mənfi təsir edəcək.

Bankın birinci vitse-prezidenti və baş iqtisadçı İndermit Gill deyib: “Bu gün dünya iqtisadiyyatı bir daha çalxalanma ilə üzləşib. Sürətli kurs korreksiyası olmasa, həyat standartlarına dəyən zərər daha dərin ola bilər”.

Hesabat ticarət əlaqələrinin yenidən qurulmasına çağırır və vurğulayır ki, iqtisadi əməkdaşlıq bütün tərəflər üçün alternativlərdən daha yaxşıdır. “Ölkələri işçilərin lazımi bacarıqlarla təchiz olunmasını təmin etməklə biznes mühitini yaxşılaşdırmağa və məşğulluğu təşviq etməyə çağırırıq. İqtisadi artım hökumətlər üçün rifahı, daxili sabitliyi və həmrəyliyi təmin etmək üçün əsas katalizator rolunu oynayır”, -deyə Dünya Bankı qeyd edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri