Icma.az
close
up
RU
Dünya Bankı Ukraynanın iqtisadi proqnozunu pisləşdirib AZƏRTAC

Dünya Bankı Ukraynanın iqtisadi proqnozunu pisləşdirib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 yanvar, AZƏRTAC

Dünya Bankı 2025-ci ildə Ukraynanın iqtisadi artımının 2,0 faiz azalacağını proqnozlaşdırır. Proqnoz müharibənin bütün il boyu davam edəcəyi ehtimalına əsaslanır.

AZƏRTAC “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, ötən ilin iyununda Dünya Bankı 2025-2026-cı illərdə Ukraynada ÜDM-in ildə orta hesabla 5,8 faiz artım tempini proqnozlaşdırmışdı, “bir şərtlə ki, aktiv hərbi əməliyyatlar 2024-cü il ərzində davam etsin və bundan sonra mülayim xarakter alsın”.

Dünya Bankı hazırda Ukraynanın artımının 2024-cü ildə 3,2 faizə endiyini təxmin edir ki, bu da ticarət və sənaye istehsalına mane olan enerji tutumunun azalması və qışda elektrik enerjisinin kəsilməsi kimi problemləri əks etdirir. Bu maneələrə və infrastruktura qarşı davam edən hücumlara baxmayaraq, iqtisadiyyat artım nümayiş etdirdi.

“İlboyu aktiv döyüşlərin davam edəcəyini fərz etsək, Ukraynanın artımının 2025-ci ildə 2 faizə qədər yavaşlaması proqnozlaşdırılır. 2026-cı ildə istehlaka və yenidənqurmaya sərmayə qoyuluşu ilə dəstəklənən aktiv hərbi əməliyyatlara son qoyulması şərti ilə 7 faizlik sürətli bərpa prosesi gözlənilir”, - deyə icmalda qeyd olunur.

Dünya Bankının məlumatına görə, münaqişə son bir ildə Ukrayna əhalisinin 41 faizinə birbaşa təsir edib. Müdafiə xərcləri 2023-cü ildə ÜDM-in təxminən üçdəbirini təşkil edib.

BVF, öz növbəsində, Rusiya-Ukrayna müharibəsinin 2025-ci ilin sonunda başa çatacağı əsas ssenarisini yeniləyib. Bu ssenari Ukrayna iqtisadiyyatının 2025-ci ildə 2,5-3,5 faiz artacağını, 2026-cı ildə isə artımın 5,3 faizə qədər sürətlənəcəyini nəzərdə tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri