Dünya Bankı Ukraynaya əlavə 600 milyon dollar vəsait ayıracaq
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif:Ayşən İmanova/Banco.az
Ukrayna Dünya Bankı ilə təxminən 600 milyon dollar dəyərində müqavilələr imzalayıb ki, bu da yeni maliyyə dəstəyi proqramı çərçivəsində ayrılacaq.
Banco.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkənin baş naziri Denis Şmıqalın “Teleqram” kanalına istinadən məlumat yayıb.
Baş nazirin sözlərinə görə, proqramın başlanması barədə apreldə Vaşinqtonda keçirilmiş “Spreing Meetings” görüşləri zamanı razılaşma əldə olunub.
Bu gün isə Ukraynanın Maliyyə və İqtisadiyyat nazirlikləri Dünya Bankı ilə müvafiq sazişləri imzalayıblar.
Söhbət kiçik və orta biznesin dəstəklənməsi, “yaşıl” keçid, biznes mühitinin yaxşılaşdırılması, rəqəmsallaşma və yeni bazarlara çıxışın asanlaşdırılması məqsədi daşıyan yeni “Dayanıqlı, İnklüziv və Ekoloji Dayanıqlı Sahibkarlıq” (RISE) layihəsindən gedir.
Qeyd olunur ki, layihə 2027-ci ilə qədər nəzərdə tutulub və proqramın ümumi planlaşdırılan məbləği 1 milyard dollardan çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 05 Noyabr 2024 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















