Icma.az
close
up
RU
Dünya Bankı yaşıl enerji dəhlizi təşəbbüsünə dəstəyini təsdiqləyib

Dünya Bankı yaşıl enerji dəhlizi təşəbbüsünə dəstəyini təsdiqləyib

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Dünya Bankı (DB) "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" təşəbbüsünü dəstəkləməyə hazır olduğunu təsdiqləyir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bankın Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

Onun sözlərinə görə, Dünya Bankı artıq özəl sektor vasitəsilə layihəyə dəstək göstərir.

"Bank "yaşıl enerji dəhlizi"nin inkişafına yönəlmiş investisiyalara başlayıb. 2025-ci ilin martında AZURE layihəsi təsdiqlənib ki, bunun məqsədi 1,8 QVt bərpa olunan enerji mənbələrinin milli enerji sisteminə etibarlı inteqrasiyasını təmin etməkdir", - R.Prays qeyd edib.

O əlavə edib ki, Dünya Bankı həmçinin Mərkəzi Asiyanın əhəmiyyətli hidroenerji potensialından istifadə də daxil olmaqla, enerji istehsalı layihələrinə investisiya yatırıb: "Ötən ilin may ayında Qara dəniz sualtı kabel layihəsinin həyata keçirilməsində tərəfdaş kimi Gürcüstan hökumətinə dəstək proqramının birinci mərhələsi təsdiq edilib. Bu, "yaşıl enerji" istehsalını Avropa bazarı ilə birləşdirən transavropa elektrikötürücü xətlər şəbəkəsinin əsas elementidir".

R.Prays qeyd edib ki, "yaşıl enerji dəhlizi" layihəsinin həyata keçirilməsi kompleks və əlaqələndirilmiş yanaşma tələb edir: "Buraya dövlət və özəl qurumların iştirakı, ticarət, texniki-iqtisadi, ekoloji və sosial tədqiqatların aparılması, iştirakçı ölkələrdə ötürücü infrastruktura müvafiq investisiyalar və s. daxildir. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (MIGA) daxil olmaqla Dünya Bank zəruri təcrübəyə malikdir. Bank müxtəlif regionlarda transformasiya infrastruktur təşəbbüslərinin uğurlu həyata keçirilməsinə əsaslanaraq bu layihəni dəstəkləməyə hazır olduğunu təsdiqləyir. Biz əməkdaşlığın daha da dərinləşməsinə ümid edirik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri