Icma.az
close
up
RU
Dünya bazarında neft qiymətləri artır

Dünya bazarında neft qiymətləri artır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Yaxın Şərqdə hərbi vəziyyətin gərgin olaraq qalması dünya enerji bazarında neft qiymətlərinə təsirini saxlamaqdadır.

XQ xəbər verir ki, ötən günlərə nisbətən bu gün neft qiymətlərində az da olsa bahalaşma müşahidə olunub. Hazırda London birjasında “Brent” markalı xam neftin 1 barelinin qiyməti 3,18 dollar artaraq 87,27 dollar, “Light” markalı neftin 1 barelinin qiyməti isə 2,76 dollar artaraq 82,02 dollardır.

Qiymətlərin sabitləşməsinin əsas səbəbi ABŞ Hərbi Dəniz Qüvvələrinin köməyi ilə Hörmüz boğazından 5 gəminin keçməsidir ki, bunların 2-si xam neft daşıyan tanker olub. Bununla yanaşı, Qırmızı dənizdəki Bab əl-Məndəb boğazından da 37 gəmi keçib ki, bunlardan da təxminən 12-sı neft tankeridir. Tankerlərdəki xam neftin həcmi məlum deyib ki, bu da bazardakı qiymətlərə təsirini göstərməyib.

Analitiklər hesab edirlər ki, Yaxın Şərqdən ABŞ hərbçilərinin köməyi ilə daşınan neft bəzi hallarda birjalara deyil, sifariş əsasında birbaşa sifarişçiyə çatdırılıb. Hər hansı bir iri neft emalı zavodu bu əməliyyatı həyata keçirə bilər, lakin bu çox baha başa gəlir.

“Kpler”in məlumatına görə, hər iki boğazdan gəmilərin hərəkət intensivliyi müşahidə olunmur. Arada boğazlardan keçən azsaylı gəmilərin yükünü müəyyən etmək də olmur.

“Reuters” agentliyi yazır ki, Çin Yəmən husiləri ilə birbaşa əlaqə yaradaraq Səudiyyə Ərəbistanının 4 tanker neftini ölkəyə gəlməsinə nail olub. Çindən nümunə götürən digər dövlətlər bu addımı atmaq istəsələr də İran buna imkan vermir. Husilər yalnız İrana dost olan ölkələrlə danışıqlar aparır və neft tankerlərinin boğazdan keçməsinə icazə verir.

Nəzərə çatdırmaq lazımdır ki, Səudiyyə Ərəbistanının sutkada 400 min barel neft emal iqtidarına malik olan “Saudi Aramco” şirkətinə məxsus neft ayırma zavodu husilərin pilotsuz uçuş aparatı (PUA) ilə hücumlarından sonra fəaliyyətini dayandırıb. Lakin zavodun dayanmasının əsas səbəbi emal olunan neftin bazara çıxarılması imkanının olmamasıdır. Terminallar və limanlardakı anbarlar emal olunan neft ilə dolu olduğu üçün zavod istehsal prosesini dayandırıb. Bu və digər amillər fonunda dünya bazarında neft qiymətlərinin artım tendensiyası kəskin olmasa da, davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri