Icma.az
close
up
RU
Dünya bu qərarla silkələnir Azərbaycanda da ola bilər

Dünya bu qərarla silkələnir Azərbaycanda da ola bilər

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyada qəbul olunan qanun dünyaya səs salıb. Baş nazir Giorgia Meloni hökumətinin hazırladığı və qadın cinayətlərinə görə ömürlük həbs cəzası nəzərdə tutan  layihə parlamentin yuxarı palatası olan Senatda yekdilliklə qəbul edilib. Bildirilib ki, son dövrlərdə qadınlara qarşı zorakılıq hallarının artması və ötən il baş vermiş 113 qadın qətli hökuməti hərəkətə keçməyə vadar edib. Sözügedən qanun, həmçinin Azərbaycanda da müzakirələrə səbəb olub. Əksəriyyət ölkəmizdə oxşar durumun müşahidə edildiyini, bu istiqamətdə qanunvericilikdə dəyişikliyin vacibliyini iddia edib.

Bu təklifin gündəmə gəlməsi mümkündürmü?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, Azərbaycanda bu cür tədbirlərin tətbiq olunması mümkündür:

Fazil Mustafa

“Çünki ölkəmizdə bəzi hallarda qadınların cinsiyyətinə görə öldürülməsi halları müşahidə olunur. Onların şiddətdən qorunması və qətllərin qarşısının alınması üçün belə addımların atılması vacibdir. Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur. Maarifləndirmə işləri aparılmasına, inzibati, hüquqi tədbirlərin görülməsinə baxmayaraq, bəzi boşluqlar var. Bu baxımdan, qanunvericiliyin sərtləşdirilməsi və daha ciddi tədbirlərin görülməsi faydalı ola bilər. Bu, həm qadınların hüquqlarının qorunmasına, həm də cəmiyyətdə daha güclü bir hüquqi təhlükəsizlik mühiti yaradılmasına xidmət edər”.

Həmçinin oxuyun:

Bakıdan Qafqazın taleyini dəyişən həmlə: Ermənilərin 30 illik mifi məhv edildi

Hüquqşünas Ramil Süleymanov qadınların həssas qrup olduğunu və onlara qarşı törədilən bu tip cinayətləri qəbul etmədiyini vurğulayıb:

“Bu istiqamətdə ciddi maarifləndirmə işi aparılmalıdır. Bu, insanları belə cinayətlərin ciddiliyi və onların nəticələrini başa düşməyə yönəltməli, həmçinin qadınların hüquqlarını qorumağa xidmət etməlidir. Bundan əlavə, Cinayət Məcəlləsində törədilmiş cinayətlərin və bu cür əməlin ağırlaşdırıcı halları ətraflı şəkildə təsvir olunub. Bunlardan biri köməksiz vəziyyətdə olan bir şəxsin öldürülməsi və ya ona qarşı cinayət törədilməsi, eləcə də cinsi, irqi və dini zəmində ayrı-seçkilik əsasında cinayətin törədilməsidir. Bu halların Cinayət Məcəlləsində nəzərə alınması cəmiyyətə mübarizənin əhəmiyyətini göstərir. Həm hüquqi, həm də sosial səviyyədə bu cür cinayətlərin qarşısını almaq üçün daha sərt qanunlar və maarifləndirmə tədbirləri təşkil olunmalıdır”.

Ramil Süleymanov

Vəkil əlavə edib ki, Cinayət Məcəlləsinin 120-ci maddəsi qəsdən adam öldürmə cinayətini tənzimləyir:

“Bu cinayəti törədən şəxslər üçün 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Eyni zamanda, ağırlaşdırıcı hallar nəzərə alındıqda, cinayətin ağırlıq dərəcəsinə görə cəzanın daha da sərtləşdirilməsi mümkündür. Belə hallarda, 14 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası və ya cinayət əməlinin xüsusiyyətinə görə ömürlük həbs cəzası verilə bilər”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri