“Dünya çaşqın təlxəklərin əlindən bezib, cənab Zelenski”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Dünya çaşqın təlxəklərin əlindən bezib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Araqçı “X” hesabında paylaşım edərək Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən gün Davosda İranla bağlı səsləndirdiyi fikirləri şərh edib.
“Dünya çaşqın təlxəklərin əlindən bezib, cənab Zelenski. Xaricdən dəstəklənən və muzdlularla dolu olan ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü müdafiə edə bilərik və xarici yardım üçün müraciət etməyə ehtiyac duymuruq”, - paylaşımda deyilir.
Araqçı Zelenskini BMT Nizamnaməsinə zidd olaraq ABŞ-ni İrana qarşı təcavüzə çağırmaqda günahlandırıb: “Zelenski korrupsiyalaşmış generallarının ciblərini doldurmaq və özünün BMT Nizamnaməsinə zidd təcavüz adlandırdığı şeylə mübarizə aparmaq üçün amerikalı və avropalı vergi ödəyicilərinin pullarından istifadə edir. O, eyni zamanda, açıq şəkildə və utanmadan BMT Nizamnaməsinə zidd olaraq, ABŞ-ni İrana qarşı təcavüzə çağırır”.
Xatırladaq ki, ötən gün Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı V.Zelenski İranda etirazların amansız şəkildə yatırılması fonunda Avropanın fəaliyyətsizliyini tənqid etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 23 Yanvar 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















