Dünya Çempionatı: Açılış oyunlarında ən böyükhesablı qələbələr
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, mundialın açılış matçında meydan sahibi Meksika Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.
Qarşılaşma Mexikodakı “Estadio Azteca”da keçiriləcək.
Bu stadion dünya çempionatları tarixində xüsusi yer tutur. Belə ki, arena daha əvvəl 1970 və 1986-cı illərdə mundialın final oyunlarına ev sahibliyi edib.
Dünya çempionatlarının açılış matçları tarixində böyükhesablı nəticələr də qeydə alınıb.
Ən böyük fərqli qələbə 1934-cü ildə gerçəkləşib. Həmin vaxt meydan sahibi İtaliya ABŞ millisini 7:1 hesabı ilə məğlub edib.
Açılış oyunlarında yadda qalan digər böyükhesablı nəticələrdən biri 2018-ci ildə qeydə alınıb. Rusiyada keçirilən mundialın ilk matçında meydan sahibləri Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə üstələyiblər.
1950-ci ildə Braziliya Meksikanı 4:0, 1930-cu ildə isə Fransa eyni rəqibi 4:1 hesabı ilə məğlub edib. İlk dünya çempionatında ABŞ da Belçikaya 3:0 hesabı ilə qalib gəlib.
Son mundialların açılış oyunları isə daha gərgin alınıb. 2022-ci ildə Ekvador Qətəri 2:0, 2014-cü ildə Braziliya Xorvatiyanı 3:1, 2010-cu ildə isə CAR və Meksika 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.
“Bavariya” Reşford üçün HƏRƏKƏTƏ KEÇDİ PSJ-dən Arda Gülər üçün ciddi təklif: 120 milyon avro DÇ həyəcanı başlayır! - Meksika CAR-a qarşı - YENİLƏNİR Premyer Liqada ayrılıq: Bissuma “Tottenhem”dən getdi “Beşiktaş”dan sonra “Amedspor” – Valerian İsmael Türkiyəyə qayıdır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 11 İyun 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















