Icma.az
close
up
RU
Dünya Çempionatı başlayır

Dünya Çempionatı başlayır

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatı bu gün start götürür.

“Qafqazinfo” xəbər verir ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi mundial futbolsevərlərə 104 qarşılaşmadan ibarət möhtəşəm turnir vəd edir.

Açılış oyunu Meksika ilə Cənubi Afrika arasında keçiriləcək. Mexiko şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Turnir iyulun 19-da “MetLife” stadionunda oynanılacaq final matçı ilə başa çatacaq.

DÇ-də komandalar 12 qrupa bölünüb. Hər qrupdan ilk iki yeri tutan komandalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz yığma da pley-off mərhələsinə yüksələcək.

Turnirdə son dünya çempionu Lionel Messi ardıcıl ikinci titulunu qazanmağa çalışacaq. Kriştianu Ronaldo üçün isə bu mundialın karyerasındakı son DÇ olması gözlənilir.

Turnirdə Beynəlxalq Futbol Assosiasiyası Şurası tərəfindən qəbul edilən yeni qaydalar da qüvvəyə minəcək.

Yeniliklərə əsasən, qapı zərbələri və aut atışlarında vaxt limiti tətbiq ediləcək, əvəzlənmələr daha sürətli həyata keçirilməlidir, VAR sisteminin səlahiyyətləri genişləndiriləcək, hakim qərarlarına etiraz və qeyri-idman davranışlarına görə daha sərt cəzalar tətbiq oluna biləcək.

Turnir ərəfəsində bəzi iştirakçı ölkələrin nümayəndə heyətlərinin viza problemləri ilə üzləşməsi müzakirələrə səbəb olub. Xüsusilə İran millisinin bəzi üzvlərinə viza verilməməsi səbəbindən komandanın hazırlıq düşərgəsini Meksikaya köçürdüyü bildirilir.

Bütün bunlara baxmayaraq, futbol dünyasının ən böyük tədbiri milyonlarla azarkeşin diqqət mərkəzində olacaq və dünya futbolunun nəbzi Şimali Amerikada döyünəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyun 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri