Icma.az
close
up
RU
Dünya çempionatı: Cüdoçularımız üçün müsbət və mənfi məqamlar TARİXƏ BAXIŞ

Dünya çempionatı: Cüdoçularımız üçün müsbət və mənfi məqamlar TARİXƏ BAXIŞ

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin 3 bürünc medal qazandığı mundial komandamız üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb.

Dünya çempionatlarında qazanılan 3 medal dünya çempionatlarında say baxımından ən yaxşı 2-ci göstəricimiz olub. Ən yaxşı nəticəyə də məhz 2017-ci ildə Budapeştdə keçirilən mundialda imza atmışıq. Həmin vaxt cüdoçularımız 2 gümüş, 2 bürünc olmaqla 4 medal qazanıb.

Hər 3 medal kişi idmançılarımızın aktivinə yazılıb. Bu da kişilər arasında qazanılan medalların sayına görə rekordun təkrarıdır. 2017-ci ildəki dünya çempionatında da medalların üçünü də kişilər - Rüstəm Orucov, Orxan Səfərov və Elmar Qasımov əldə edib.

Budapeştdə fəxri kürsüyə yüksələn Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) karyeralarında ilk dəfə mundial medalı sevinci yaşayıb. Bununla da dünya çempionatlarında mükafat qazanan cüdoçu sayımız 20-yə çatıb.

Milli komandamız 24 ildən sonra dünya çempionatında 81 kq çəki dərəcəsində medal əldə edib. Bu çəkidə son medalımızı 2001-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən mundialda Elxan Rəcəbli (bürünc medal) qazanıb. Zelim Tçkayevin bürüncü 81 kq-da 2-ci medaldır.

Yığmamız 15 ildən sonra dünya çempionatında 90 kq-da fərqlənib. Bu çəkidə son medalımızı 2010-cu ildə Almaniyanın Münhen şəhərində keçirilən mundialda Elxan Məmmədov (bürünc medal) əldə edib.

Zelim Kotsoyev ardıcıl olaraq 4-cü dünya çempionatında fəxri kürsüyə yüksəlib. O, daha əvvəl – 2022-ci ildə Daşkənddə və 2023-cü ildə Dohada dünya üçüncüsü olub. Kotsoyev ötən il Abu-Dabidə isə 100 kq-da dünya çempionu adına yiyələnib. Olimpiya çempionumuz həm də dünya çempionatındakı medalların əyarına və sayına görə komanda yoldaşı Hidayət Heydərova çatıb. Heydərov da karyerasında dünya çempionatlarının 1 qızıl (2024, Abu-Dabi) və 3 bürünc (2018 - Bakı, 2019 - Tokio, 2022 - Daşkənd) medalını əldə edib.

Mundialda kişilər arasında 7 çəki dərəcəsinin 5-də (60 kq və +100 kq istisna olmaqla) son Olimpiya çempionları mundiala qatılıb. Onlardan heç biri qızıla sahib ola bilməyib. Yalnız Hifumi Abe (Yaponiya, 66 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medala yiyələnib. 81 kq-da 2 qat Olimpiya çempionu Takanori Naqase (Yaponiya) ilk görüşündə, 90 kq-da 2 qat Olimpiya çempionu Laşa Bekauri (Gürcüstan) ikinci qarşılaşmasında məğlub olaraq mötəbər turniri medalsız başa vurub. Qadınlar arasında son Olimpiya çempionlarından 2-si mundialda iştirak edib. Onlardan Beatriz Souza (Braziliya, +78 kq) ikinci görüşündə uduzaraq medalsız qalıb. Son Olimpiya çempionlarından yalnız Alice Bellandi (78 kq, İtaliya) dünya çempionu olub.

Ümumiyyətlə, dünya çempionatında mübarizələr olduqca gərgin keçib. 14 çəki dərəcəsinin 10-da yeni dünya çempionları (5 kişi, 5 qadın) olub.
İdmançılarımızın bəziləri hesabda öndə olduqları görüşləri uduzublar. Bu da bəzi nüanslarda cüdoçularımızın nisbətən geri qalmasından xəbər verir və bu detallar üzərində işlənilməlidir. Əhməd Yusifov (60 kq) 1/16 finalda Paris-2024-ün üçüncüsü Ryuju Naqayama (Yaponiya) ilə, Elcan Hacıyev (90 kq) yarımfinalda Goki Tajima (Yaponiya) ilə, Vüqar Talıbov (90 kq) 1/32 finalda Luka Maysuradze (Gürcüstan) ilə, Uşanqi Kokauri (+100 kq) üçüncü yer uğrunda Temur Raximovla (Özbəkistan) görüşlərdə hesabda öndə olsalar da, qarşılaşmalardan məğlub ayrılıblar.
Əhməd Yusifovun (-60 kq) 1/16 finalda uduzduğu Ryuju Naqayama və Ruslan Paşayevin (66 kq) 1/8 finalda uduzduğu Takaşi Takeoka (Yaponiya) sonda dünya çempionu olublar.

Milli komandamız 3 bürüncdən savayı, bir 5-ci yer (Uşanqi Kokauri) və bir 7-ci yer (Rəşid Məmmədəliyev) də əldə edib. Bu da diqqətəlayiq nəticələrdir.

Həmçinin, yığmada gənc cüdoçular var. Belə desək, komanda yenidən formalaşdırır. Əsas hədəfimiz isə gələn il Bakıda keçiriləcək dünya çempionatında yaxşı çıxış etməkdir. Eləcə də, bu dünya çempionatı yeni Olimpiya tsiklinin ilk mundialı idi. Buna görə də əldə edilən 3 bürünc medal gələcəyə ümidlə baxmağa əsas verir.

Hüseyn Vaqif
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri