Dünya çempionatı: Özbəkistan millisinin üzvü Çad üzərində qələbəni dəyərləndirib
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qrup mərhələsinin III turunda Çadı məğlub edən Özbəkistan yığmasının futbolçusu Azizbek Temirov qələbəni dəyərləndirib.
Oxu.Az xəbər verir ki, o, "Report"a açıqlamasında 3:0 hesablı qələbəyə baxmayaraq görüşü çox çətin keçirdiklərini bildirib.
Matçın ən yaxşısı seçilən futbolçu növbəti qələbəni qazandıqları üçün şad olduğunu söyləyib:
"Üçüncü oyun bizim üçün mühüm idi. Görüşü çox çətin keçirdik. Buna baxmayaraq qələbə qazandıq. Komanda və mənim üçün sevindirici haldır. Komandamız yaxşı oyunçulardan təşkil olunub. Bu futbolçuların Özbəkistan yığmasını daha yüksək yerlərə daşıyacağına inanıram".
"Təşkilatçılıq idealdır. Ab-hava, hər şey çox gözəldir", - deyə futbolçu əlavə edib.
Qeyd edək ki, Özbəkistan millisi qrup mərhələsinin son turunda Çadı 3:0 hesabı ilə üstələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 25 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















