Icma.az
close
up
RU
Dünya çempionatı, yoxsa pul fabriki? FIFA üçün artıq hər şey satılıqdır

Dünya çempionatı, yoxsa pul fabriki? FIFA üçün artıq hər şey satılıqdır

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı il dünya çempionatı futbol tarixində təkcə meydandakı hadisələrlə deyil, FIFA-nın əldə etdiyi rekord gəlirlə də yadda qaldı. Şou-biznesin paytaxtı sayılan ABŞ-da təşkil olunan turnir göstərdi ki, FIFA üçün artıq dünya çempionatının demək olar ki, hər detalı gəlir mənbəyinə çevrilə bilər.

Nəticə isə təsiredicidir. Dördillik dövrün sonunda FIFA-nın ümumi dövriyyəsi 15 milyard dollara çatdı. Bu rəqəm 2022-ci il Qətər mundialından sonra əldə olunan 7,6 milyard dollarlıq dövriyyədən demək olar ki, iki dəfə çoxdur.

FIFA bildirir ki, bu vəsait üzvü olduğu 211 milli assosiasiyaya ayrılan dəstək proqramı çərçivəsində futbolun inkişafına yönəldilir. Qurum həmçinin dünya çempionatından əldə edilən əlavə gəlirlər hesabına futbolun qlobal inkişafı üçün xüsusi fond yaradıldığını vurğulayır.

Sürixdə yerləşən təşkilat bu maliyyə siyasətinin 2027-ci il prezident seçkiləri öncəsi səs toplamaq məqsədi daşıdığı ilə bağlı iddiaları qətiyyətlə rədd edir. Lakin kor-kor, gör-gör. Fakt budur ki, Canni İnfantino artıq Afrika, Asiya və Cənubi Amerika konfederasiyalarının açıq dəstəyini qazanıb.

Amma FIFA bu mundialda təkcə futbolu satmadı.

O, sözün həqiqi mənasında hər şeyi satışa çıxardı.

FİFA-nın rəsmi mağazasında finalın keçirildiyi stadionun ot örtüyündən götürülmüş bir parça 390 avroya təklif olunur. Məhsul "akril qutuda əbədi qorunan və kolleksiya üçün xüsusi USB yaddaş qurğusu ilə birlikdə təqdim olunan futbol tarixinin həqiqi parçası" kimi reklam edilir.

Bununla da kifayətlənməyən FIFA daha imkanlı kolleksiyaçılar üçün qızıl işləməli final bileti, kristal Dünya Kuboku maketi və topun miniatür nüsxəsinin daxil olduğu xüsusi paketi 2240 avroya satışa çıxarıb.

Maraqlıdır ki, bu addım Nyu-Cersi yerli hakimiyyətinin etirazlarına baxmayaraq atılıb. Çünki həmin stadionun ot örtüyünün hazırlanmasına dövlət büdcəsindən 13 milyon dollar xərclənmişdi.

Əslində isə bütün bunlar FIFA-nın qazancının ən kiçik hissəsidir.

Ən böyük gəlir – 5 milyard dollardan çox vəsait – televiziya yayım hüquqlarından əldə olunub. Turnirdə komandaların sayının 48-ə çatdırılması oyunların sayını artırdı, bu isə daha çox yayım və daha çox reklam demək idi.

Hətta matçlara əlavə olunan su fasilələri də yeni reklam imkanına çevrildi.

Hesablamalara görə, ABŞ-də yayımçı Fox yalnız həmin fasilələrdə satdığı reklamlar hesabına ingilisdilli yayım hüquqları üçün ödədiyi 485 milyon dolların yarısından çoxunu geri qaytara bilib.

Sponsorluq gəlirləri də rekord həddə çatdı. Səudiyyə Ərəbistanının enerji nəhəngi Aramco, FIFA-nın uzunmüddətli tərəfdaşları olan Adidas və Coca-Cola şirkətlərinin sırasına qoşuldu.

Bilet və VIP qonaqlama gəlirləri isə üç dəfə artaraq 3 milyard dolları ötüb.

Bunun əsas səbəbi qiymətlərin kəskin bahalaşması idi.

2026-cı il dünya çempionatının finalına ən ucuz bilet 4185 dollara satılıb. Bu, Qətərdə keçirilən 2022-ci il finalının başlanğıc qiymətindən yeddi dəfə çoxdur.

UEFA prezidenti Aleksander Çeferin buna sərt reaksiya verərək belə demişdi:

"Futbolu azarkeşlərin əlindən almayın."

O, etiraz əlaməti olaraq final matçına da qatılmayıb.

FIFA bununla da dayanmadı. ABŞ bazarına uyğun dinamik qiymətləndirmə sistemi tətbiq edildi. Üstəlik, rəsmi ikinci əl bilet platformasında həyata keçirilən hər satışdan 30 faiz komissiya tutuldu. Bu komissiyanın yarısını alıcı, yarısını isə satıcı ödədi.

Kommersiya baxımından nəticə mükəmməl idi.

104 oyun
Orta hesabla 65 min tamaşaçı
99,7 faiz doluluq

Rəqəmlər FIFA-nın modelinin işlədiyini göstərir.

Amma başqa bir sual da yaranır.

Dünya çempionatı hələ də futbol bayramıdır, yoxsa artıq qlobal kommersiya məhsuluna çevrilib?

Əlbəttə, bu ifrat kommersiyalaşmanın böyük hissəsi turnirin 75 faizinin ABŞ-da keçirilməsi ilə izah oluna bilər.

Lakin 2030-cu ildə keçiriləcək mundial da yeni müzakirələr vəd edir. Turnir İspaniya, Portuqaliya, Mərakeş və Cənubi Amerikada təşkil olunacaq. Bu dəfə Avropa Birliyinin hazırladığı Digital Fairness Act qanununun dinamik qiymətləndirmə sisteminə müəyyən məhdudiyyətlər tətbiq edəcəyi gözlənilir.

Buna baxmayaraq, su fasilələrinin turnirdə qalacağı ehtimal edilir.

Üstəlik, İnfantino artıq dünya çempionatının 64 komanda ilə keçirilməsi ideyasını da nəzərdən keçirir.

Bu isə FIFA-nın son illərdə izlədiyi strategiyanı bir cümlə ilə ifadə etməyə imkan verir:

Daha böyük turnir. Daha çox oyun. Daha çox reklam. Daha çox gəlir. Daha doyumsuz təşkilat...

Və bəlkə də ən vacib sual budur: bu böyümə futbol üçündür, yoxsa artıq yalnız biznes üçün?

Çempionlar Liqası: “Sabah”dan minimalhesablı qələbə - YENİLƏNİB İspaniyanın mükafatı BƏLLİ OLDU FİFA Argentina millisinin üzvləri ilə bağlı araşdırmaya başladı - VİDEO “Zirə”ni III mərhələdə bu komandalar gözləyir - YENİLƏNİB KL: "Neftçi"nin potensial rəqibi bəlli oldu - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 İyul 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see376

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see288

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see278

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see266

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see266

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see263

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see255

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see243

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see241

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see236

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see228

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see227

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see226

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see219

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see214

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see205

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri