Dünya çempionatında 15 şahmatçımız mübarizə aparacaq ADLAR İdman və Biz
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
FIDE dekabrın 26-31-də Nyu-Yorkda keçiriləcək rapid və blits üzrə dünya çempionatında iştirakçıların tam siyahısını açıqlayıb.
İdman.biz xəbər verir ki, kişilərin yarışında 180, qadınların mübarizəsində 109 şahmatçı çıxış edəcək.
Azərbaycan mundiala 15 zəka sahibi ilə qatılacaq. ABŞ-də Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Riad Səmədov, Vüqar Manafov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb və Türkan Məmmədyarovalar çıxış edəcəklər.
Dünya çempionatına reytinqinə görə Maqnus Karlsen (Norveç) başçılıq edəcək, həmçinin ilk "üçlük"də Fabiano Karuana (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa) yer alır.
Qadınların siyahısında isə çinlilər Yu Vençjun, Ley Tinqje və Tan Jonqyi liderdirlər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 18 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















