Dünya çempionatında tarixi qərar
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
FİFA 2026-cı il Dünya Kubokunun final matçında tarixi bir yeniliyə imza atmağa hazırlaşır.
Fanat.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, normal şərtlərdə 15 dəqiqə davam edən rəsmi fasilə müddətinin ilk dəfə təşkil olunacaq möhtəşəm şou proqram səbəbindən təxminən 20 dəqiqəyə çatdırılması planlaşdırılır.
Nyu-Cersidəki "MetLife" stadionunda baş tutacaq final qarşılaşmasının fasiləsində Super Boula bənzər nəhəng musiqili səhnə qurulacaq.
Təşkil olunacaq bu tarixi konsert proqramının bədii rəhbərliyini "Coldplay" qrupunun solisti Kris Martin öz üzərinə götürüb. Səhnədə Castin Biber, Şakira, BTS qrupu, Madonna, Burna Boy, venesuelalı tanınmış dirijor Qustavo Dudamel və uşaqlardan ibarət məşhur "PS22" xoru kimi dünya ulduzları çıxış edəcəklər.
Bundan əlavə, uşaqların sevimli personajları olan "Sesame Street" və "The Muppets" kuklaları da bu unikal şounun tərkib hissəsi olacaqlar. FİFA rəsmiləri çıxışların təxminən 11 dəqiqə çəkəcəyini və bu layihənin qlobal təhsil fonduna xeyriyyə məqsədilə keçiriləcəyini bildirsə də, fasilənin ümumi müddəti ilə bağlı hələlik rəsmi qərar verməyib.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 15 İyul 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















