Dünya çempionatının bilet satışlarına start verildi
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatının bilet satışına start verilib.
BAKU.WS xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil ediləcək yarışın biletlərini iticket.az saytı vasitəsilə onlayn qaydada, eləcə də iTicket-in satış məntəqələrindən əldə etmək mümkündür. Bilet qiymətləri 2 və 5 AZN təşkil edir.
Yarış proqramı hər gün iki sessiyadan ibarət olacaq:
Gündüz sessiyası (10:30–14:30)
İlkin qarşılaşmalar keçiriləcək və idmançılar yarımfinal mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaqlar.
Axşam sessiyası (17:00–20:00)
Yarımfinal görüşləri, medal uğrunda qarşılaşmalar və mükafatlandırma mərasimləri baş tutacaq.
Bir biletlə həm gündüz, həm də axşam sessiyasını izləmək, eyni zamanda sessiyalar arasında Milli Gimnastika Arenasında fəaliyyət göstərəcək fan zonada azarkeşlər üçün müxtəlif əyləncəli proqramlar, interaktiv oyunlar, tanınmış güləşçilərin imza mərasimləri və s. tədbirlərdə iştirak etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 İyul 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















