Icma.az
close
up
RU
Dünya çempionatının bombardirləri: Kloze zirvədə, Messi və Mbappe siyahıda

Dünya çempionatının bombardirləri: Kloze zirvədə, Messi və Mbappe siyahıda

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

FİFA Dünya çempionatları tarixində ən çox qol vuran futbolçuların siyahısına Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze başçılıq edir.

Redaktor.az xəbər verir ki, Kloze mundial karyerası ərzində 24 oyunda 16 qol vurub. O, 2002, 2006, 2010 və 2014-cü illərdə keçirilən dünya çempionatlarında Almaniya millisinin heyətində çıxış edib.

Siyahının ikinci pilləsində Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo qərarlaşıb. “Fenomen” ləqəbli sabiq forvard dünya çempionatlarında 19 oyunda 15 dəfə fərqlənib.

Üçüncü sırada Almaniya futbolunun digər əfsanəsi Gerd Müller yer alır. O, cəmi 13 oyunda 14 qol vuraraq yüksək məhsuldarlıq göstəricisi ilə yadda qalıb.

Fransalı Just Fontaine və Argentina millisinin kapitanı Lionel Messi hərəyə 13 qolla növbəti pillələri bölüşürlər. Fontaine bu qolların hamısını 1958-ci il dünya çempionatında vurub. Bu göstərici hələ də bir mundialda vurulan ən çox qol rekordu olaraq qalır.

Messi isə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina ilə çempionluq qazanaraq ümumi qol sayını 13-ə çatdırıb. Onun aktivində dünya çempionatlarında 26 oyun var.

Braziliya futbolunun simvolu Pele və Fransa millisinin hücumçusu Kilian Mbappe hərəyə 12 qol vurublar. Mbappe aktiv futbolçular arasında bu siyahıda ən yüksək yerlərdən birindədir və 2026-cı il dünya çempionatında rekord yarışına qoşula bilər.

Siyahıda Almaniya futbolçularının çoxluğu diqqət çəkir. Kloze, Gerd Müller, Yurgen Klinsmann, Helmut Ran və Tomas Müller mundial tarixində ən azı 10 qol vuran oyunçular sırasında yer alırlar.

Dünya çempionatları tarixində 10 və daha çox qol vuran futbolçular belədir:

Miroslav Kloze - Almaniya - 16 qol
Ronaldo - Braziliya -15 qol
Gerd Müller - Almaniya - 14 qol
Just Fontaine - Fransa - 13 qol
Lionel Messi - Argentina - 13 qol
Pele - Braziliya - 12 qol
Kilian Mbappe - Fransa - 12 qol
Şandor Koçiş - Macarıstan - 11 qol
Yurgen Klinsmann - Almaniya - 11 qol
Helmut Ran - Almaniya - 10 qol
Qari Lineker - İngiltərə - 10 qol
Qabriel Batistuta - Argentina - 10 qol
Teofilo Kubilyas - Peru - 10 qol
Tomas Müller - Almaniya - 10 qol
Qjeqoj Lyato - Polşa - 10 qol.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri