Icma.az
close
up
RU
Dünya çempionu işsizliyə son qoydu

Dünya çempionu işsizliyə son qoydu

Fabio Kannavaro işsizliyə son qoyub.

O, Zaqreb “Dinamo”sunun baş məşqçisi təyin olunub.
Xorvatiya klubunun mətbuat xidmətinin məlumatına görə, Kannavaro bu vəzifədə istefaya göndərilən Nenad Byelitsanı əvəzləyib. İtaliya yığması ilə dünya çempionu olan sabiq müdafiaəçi yeni komandada fəaliyyətə yanvarın 3-də başlayacaq.
“Dinamo” ölkə çempionatında 18 turdan sonra 29 xalla turnir cədvəlində 3-cü yeri tutur. Qeyd edək ki, Kannavaronun sonuncu iş yeri ötən mövsüm çalışdırdığı “Udineze” olub.

seeBaxış sayı:100
embedMənbə:https://www.football-plus.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri