Icma.az
close
up
RU
Dünya çempionu kim olacaq? Tanınmışların PROQNOZU

Dünya çempionu kim olacaq? Tanınmışların PROQNOZU

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

2026-cı il dünya çempionatının finalında İspaniya və Argentina yığmaları üz-üzə gələcək.

"Cebheinfo.az”-ın əməkdaşı bununla bağlı ictimai və idman sahəsində tanınmış şəxslərlə həmsöhbət olub.

Çempionatın son nəticəsi ilə bağlı fikirlər belədir:

İqtisadçı-ekspert Akif Nəsirli qeyd edib ki, kimin qalib gələcəyini dəqiq demək mümkün deyil:

“Hər iki komanda güclüdür və çempion olmaq şansına malikdir. Fikrimcə, İspaniyanın komanda oyunu və müdafiəsi bir qədər üstün olduğu üçün qalib gəlmək ehtimalı daha yüksəkdir.

Ancaq Argentina da güclü hücum xəttinə və böyük təcrübəyə sahibdir. Buna görə də nəticəni əvvəlcədən dəqiq bilmək mümkün deyil. Amma mənim proqnozuma görə bu qarşılaşma İspaniyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşacaq. Bu sadəcə ehtimaldır, futbol isə sürprizlərlə doludur”.

Müğənni Vasif Məhərrəmov isə bildirib ki, artıq kimin qalib olmasının onun üçün fərqi yoxdur:

“Əsas odur ki, Fransa finala çıxa bilmədi. Amma çempionun kim olacağını heç kim əvvəlcədən deyə bilməz. Çünki hər iki komanda çempionluğa layiq futbol nümayiş etdirir. Hər ikisi mənim komandamdır. Kim qalib olsa, sadəcə alqışlamaq lazımdır. Amma yenə də könlüm Messidən yanadır”.

İdman eksperti Kənan Məstəliyevin sözlərinə görə, İspaniya və Argentina finalı çox maraqlı, gərgin qarşılaşma kimi yadda qalacaq:

“Hər iki tərəf qalib gəlmək üçün bütün gücünü ortaya qoyacaq. Çünki bu, son döyüşdür. İspanlar uzun fasilədən sonra dünya çempionu olmaq istəyəcəklər, Argentina isə çempionluğunu qoruyaraq ardıcıl ikinci dəfə dünya çempionu olmaq niyyətindədir.

Bu qələbə Messi üçün də vacib olacaq. Kuboku başı üzərinə qaldıraraq dahiliyini bir daha sübut etmək istəyəcək. Amma Messi dahiliyini həmişə sübut edib. Emosional final olacaq. Təkcə güc və futbol biliyi deyil, həm də dözüm qalib gələcək. Yorulmadan sona qədər mübarizə aparan tərəf qələbəyə yaxın olacaq.

Reallıqda ispanlar bir addım öndədirlər. Çünki onlar bir gün daha çox istirahət ediblər. Eyni zamanda heyətlərində daha yaxşı futbolçular var. Argentinanın heyətində Messi böyük ulduzdur, amma yığma komanda çox zəif təsir bağışlayır. Dünənki qarşılaşmada da bunu gördük.

Messi hərəkətə gəldikdən sonra yığma da hərəkətə keçdi və qələbə qazanmağı bacardı. Eyni zamanda Argentinanın problemləri də üzə çıxdı. İspaniya isə uzun illərdir oturuşmuş sistemi davam etdirir. İspanlar çox güclü komandadırlar, finalın favoritidirlər və mən düşünürəm ki, qalib gələcəklər”.

İdman eksperti Ceyhun Sultanov vurğulayıb ki, maraqlı final olacaq, amma kimin qalib olacağını demək çox çətindir:

“Mən İspaniyanın oyun üslubunu bəyəndiyimə görə onların qalib olacağını düşünürəm. Argentinada da Messi amili var. Ona görə də kimin qalib olacağını dəqiq demək olmur. Mən istərdim ki, İspaniya çempion olsun”.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: dünya çempionatı tanınmışlar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri